Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6472

Digər sorğular

Masallıda “KİV və müəllif hüquqları” mövzusunda tədbir keçirilib

17:00  |    21 İyul 2016  |   E-mail  |  Çapa göndər

Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) Masallı şəhərində “KİV və müəllif hüquqları” mövzusunda tədbir keçirib. Masallıda, “Cənub kitab evi”nin konfrans zalında keçirilən tədbirə Cənub bölgəsində mövcud olan yerli KİV-lərin nümayəndələri, paytaxtda fəaliyyət göstərən KİV-lərin bölgə üzrə təmsilçiləri, həmçinin, yerli internet fəalları və QHT-lərin nümayəndələri qatılıblar.

MİTD İB Mətbuat xidmətindən QAZİLER.AZ-a verilən məlumata görə, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən ““İnternet informasiya resurslarında müəllif hüquqlarının qorunması təşəbbüslərinə yardım” layihəsi çərçivəsində baş tutub.

Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, tədbirin keçirilməsində məqsəd KİV işçilərində, xüsusən, internet üzərindən xəbər yayan informasiya istehsalçılarında müəllif hüquqlarının qorunmasının vacibliyi barədə təsəvvür formalaşdırmaqdan ibarətdir: “Müəllif hüquqları həm qanunlarla qorunur, həm də ona hörmətlə yanaşılması Jurnalistlərin Peşə Davranışı Kodeksinin əsas tələblərindən biridir.

Amma təəssüflə qeyd edilməlidir ki, bu gün əksər xəbər istehsalçıları müəllif hüquqlarına nəinki hörmətlə yanaşmırlar, ümumiyyətlə bu sahədə anlayış geniş yayılmayıb. İnternetin inkişafı, medianın rəqəmsal müstəviyə köçməsi müəllif hüquqlarının qorunmasını çətinləşdirib. Biri-digərindən köçürmə, başqasının ideyasını, informasiyasını mənimsəyib öz adından tirajlama halları o qədər çoxalıb ki, hətta “copy-paste” jurnalistikası deyilən anlayış da formalaşıb. İnformasiyanın qanuna zidd olaraq özününküləşdirilməsi, əsl müəllifi göstərilmədən köçürülərək tirajlanması müəllif hüquqlarının pozulması ilə paralel olaraq, digər problemlərə də yol açır. Bəzən ilkin mənbə tərəfindən yanlış faktlar üzərində qurulmuş informasiya mahiyyətinə varılmadan digərləri tərəfindən də köçürülüb tirajlanmaqla, hətta ölkənin təhlükəsizliyini təhdid edəcək səviyyəyə qalxır. Bu baxımdan, mətbuatda, elektron və onlayn mediada, sosial şəbəkələrdə müəllif hüquqlarının qorunması təkcə etik normaların təmin edilməsi üçün yox, həm də dövlət təhlükəsizliyinin qorunmasına yardımdır. Həyata keçirdiyimiz layihə və tədbirlər bu problemin aradan qaldırılmasına yardım xarakteri daşıyır”.

Müşfiq Ələsgərli qeyd edib ki, layihə çərçivəsində media ekspertləri və hüquqşünasların iştirakı ilə “KİV və müəllif hüquqları” adlı vəsait də çap edilib, jurnalistlər arasında pulsuz paylanır.

Məlumat üçün qeyd edək ki, layihə çərçivəsində ölkənin Qərb və Cənub regionundan başqa, şimal-şərq bölgəsində fəaliyyət göstərən media təmsilçiləri üçün də seminarların keçirilməsi, Bakıda isə mövzuya həsr edilmiş konfransın təşkili nəzərdə tutulub.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.09.2019
Yeni kartların alınmasında növbələr müşühidə edilmir - “Azəriqaz”
12.09.2019
Nazirlik daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim etdi - FOTO
12.09.2019
Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub
11.09.2019
Sumqayıt, Şamaxı və Ağstafada qaz təchizatı dayandırılacaq
10.09.2019
Bu gün Sabunçu və Şəmkirdə qazın verilişində qısamüddətli fasilələr olacaq