Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6482

Digər sorğular

Səhnəmizin Sofi Loreninin yubileyidir

16:14  |    30 Mart 2015  |   E-mail  |  Çapa göndər

Bu gün Xalq artisti Şəfiqə Məmmədovanın dünyaya gəlməsindən 70 il ötür. Teatr və kino tariximizdə çılğın, təkrarsız obrazları ilə sevilən səhnəmizin “Sofi Loreni”- Şəfiqə Məmmədova 1945 ci ildə martın 30-da Dərbənddə doğulub. Taleyin qisməti ilə ailəsi Bakıya köçən Şəfiqə Məmmədova burada incəsənət institutunu bitirir.

Son dövrlərdə heç bir filmə çəkilməyən sənətkar özünə uyğun obraz olmadığını deyir. Bunun səbəbini ssenaristlərdə görür. “Uyğun deyil mənə. Heç bir ssenarini özümə aid görmürəm. Yaratdığım elə bir iş yoxdur. Bilirsiz mən elə öz dövrümdə də istəyirdim çəkilirdim, istəmirdim çəkilmirdim. Məndə seçim həmişə vardı”.

Şəfiqə Məmmədova Teatr İnstitutunun Musiqili Komediya aktyorluğu fakultəsini bitirib. Milli Dram Teatrının səhnəsində “Hamlet”, “Nakam qız”, “Canlı meyit”, “Ana torpağı”, “Xəyyam``, “Dəli yığıncağı” kimi tamaşalarda maraqlı obrazlar ifa edib. Kino aktrisa kimi də özünü sınamaq qərarına gələn Şəfiqə Məmmədova tamaşaçı yaddaşında elə filmlərdəki rolları ilə dərin iz buraxıb. “Ad günü”ndə Fəridə, “Bizim Cəbiş müəllm”də Cəbişin arvadı, “İstintaq”dakı Gulya rolları xarakter etibarı ilə bir birinə bənzəsə də, “Dədə Qorqud”dakı Burla xatun onlardan fərqlənir.

Hər rolunda qadın qürurunu, ana qayğısını məharətlə göstərə bilən Şəfiqə Məmmədovanın “Qaraca qız” da oynadığı Pəricahan xanım obrazı real ifa tərzi ilə özünə nifrət qazandırır. “Bizim Cəbiş müəllm” filmində məhz bu xanımın yaratdığı qayğıkeş ana, arvad obrazı filmi daha maraqlı və yadda qalan edib.

Şəfiqə Məmmədova Xalq yazıçısı Anarın “Şəhərin yay gunləri” pyesinin tamaşasındakı Dilarə roluna gorə respublika Dovlət mukafatına və Rasim Ocaqovun cəkdiyi “İstintaq” filmindəki Mustəntiqin arvadı obrazına görə SSRİ Dovlət mukafatına layiq gorulub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.09.2019
Xalq artisti Arif Babayev Türkiyədə xəstəxanaya yerləşdirilib
19.09.2019
Türkiyə kanalı Üzeyir Hacıbəyli haqqında film çəkdi - VİDEO
18.09.2019
Stalinə mahnı oxutduran, Mircəfərə tabut daşıtdıran azərbaycanlı dahi – HƏYAT HEKAYƏTİ
18.09.2019
Şuşalı Üzeyir bəyin Ağcabədidə doğulmasının MARAQLI TARİXÇƏSİ
18.09.2019
Bu gün Milli Musiqi Günüdür