Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6715

Digər sorğular

Duzlaqda qədim mumiya tapılıb -YENİ

16:00  |    18 İyul 2016  |   E-mail  |  Çapa göndər

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Pərviz Qasımovun QAZİLER.AZ-a verdiyi xəbərə görə, Güney Azərbaycanın Zəncan şəhərindən 75 km uzaqda yerləşmiş Çehrabad şəhəri yaxınlığındakı duzlaqda (duz yatağı şaxtalarında) e.ə. 4 əsrə aid insan qalıqları tapılıb. Bunlar həmin dövrdə duzlaqlarda işləmiş fəhlələrin qalıqlarıdır. Vaxtilə şaxtada qəza baş verib, fəhlələr duz çökməsinin altında qalıblar.

Amma duz (natrium-xlor) mikrobları məhv etdiyindən üzvü materialda (meyitlər, ağac alətlər, gön-dəri məmulatları, paltar və s) çürümə getməyib. Sadəcə qaxaclanma olub. İndi ingilis, alman, isveç və d. aimlər fars alimləri ilə birgə 2300 il yaşı olan bu nadir tapıntıları tədqiq edirlər. Qeyd edək ki, bu ərazi Duzlaq adlanır. Farslar onu Douzlak kimi yazmış, indi Avropa elmi nəşrlərində tapıntılar "Douzlak tapıntıları" kimi gedir.




Pərviz Qasımov onu da bildirdi ki, maraqlısı onların ayaqqabıları, çəkmələri, paltarları və hətta əlcəkləridir. Bütün bunlara arxeoloqlar çox nadir hallarda rast gəlirlər. Olub ki, tunc və antik dövr Azərbaycan nekropollarında hətta parça və parça qalıqlarına, üzəri oymalı və yazılı ağac parçalarına rast gəlinib. Lakin torpaqdan çıxarandan sonra onlar ən tez 12 saat və ya ən gec 1 il içində toza çevrilib dağılıblar.

Məsələn, Mingəçevir ekspedisiyasında XX əsrin 40-cı illərində tunc dövrünə aid geyim, parça, dəri qalıqlarına kütləvi surətdə rast gəlindi, hətta dəfn qablarının içində süd məhsuları qalıqları da var idi. Amma tez bir zamanda çürüyüb toza döndülər. Yaxşı ki, bir hissəsinin şəklini çəkmək mümkün olmuşdu.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.02.2020
Azərbaycanda qeyri-adi hadisə - Görüntülər yayıldı
24.02.2020
Ömrün uzun olması təhsillə bağlıdır - ARAŞDIRMA
06.02.2020
Ayı və balalarını canavarlar əhatəyə aldı - Gözlənilmədən o köməyə gəldi - VİDEO
24.01.2020
Nostradamusdan 2020-ci illə bağlı DƏHŞƏTLİ PROQNOZLAR: Bənzəri olmayan hadisələr olacaq
21.01.2020
Zümrüd daşı beyin qan dövranına müsbət təsir göstərir