Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6880

Digər sorğular

İşıq pulunun artma səbəbləri Ekspertlər danışır

17:34  |    15 İyul 2016  |   E-mail  |  Çapa göndər

Azərbaycan Tarif (qiymət) Şurasının işıq pulunu artırması ilə qərarı əhali tərəfindən gözlənilməz və birmənalı qarşılanmadı. Tarif Şurası mətbuata açıqlamasında qiymətlərin artımını son 10 ildə Azərbaycanda elektrik sisteminin yaxşılaşdırılması üçün kifayət qədər yeni avadanlıqların gətirilməsini, xidmət səviyyəsinin artırılmasını əsas gətirib. Bu müddətdə elektrik enerjisi abonentlərinin sayının bir milyon nəfər artaraq 2.5 milyona çatdığını bildiriblər. Həmçinin əhalinin evlərinə pulsuz sayğacın quraşdırılması da yeni qiymətə təsir edən amillər sırasındadır.

Məsələ ilə bağlı ekspertlər isə əsas səbəbi dünya bazarında gedən qiymət tərəddüdü ilə əlaqələndirirlər:

Ekspert Qubad İbadoğlu hesab edir ki, elektrik enerjisi yalnız dövlət rayon elektrik stansiyalarında istehsal olunmalı deyil. Onun sözlərinə görə, kiçik su elektrik stansiyaları da qurulmalı idi. Alternativ enerjilərdən - külək, günəş enerjisindən istifadə edərək qiymətlərin daha da aşağı salınmasına gətirib çıxarıla bilərdi. Müəyyən təkliflərlə çıxış edən ekspertin sözlərinə görə, dünya bazarında əsas enerji mənbələri sayılan neft və qazın qiyməti birbaşa Azərbaycanda elektrik enerjisini paylanma indeksinə təsir göstərir: "Elektrik enerjisinin istehsalında istifadə olunan əsas xammal qazdır. Dünya bazarlarında neftin qiymətinin ucuzlaşması eyni zamanda qazın qiymətinin düşməsinə gətirib çıxarır. Nəzərə alsaq ki, qaz da daxili istehsal məhsuludur, elektrik enerjisinin istehsalı üçün yerli istehsal olan qazdan istifadə edirik. Bu da elektrik enerjisinin ucuzlaşmasına şərait yaratmalı idi. Lakin bu baş vermədi".

Həqiqətən Azərbaycanda son 10 il ərzində elektrik enerji təminatı ilə bağlı bir çox layihələr keçirilib. Nəhayət 2013-cü ildə Dövlət başçısının sərəncamı Alternativ Və Bərpa Olunan Enerji Mənbələri Üzrə Dövlət Agentliyinin yaradılması ölkədə enerji təminatının yaxşılaşdırılması istiqamətində ən vacib tədbirlərdən sayılır. Tariflər Şurasının qeyd etdiyi ki, texniki təchizat və xidmətlərin artırılması və ekspertlərin səbəb kimi ortaya qoyduqları dünya bazarında neft və ona müvafiq olaraq qazın qiymətinin yenməsi işıq pulunu artıran əsas faktorlardır. Lakin ortada başqa bir səbəbin də olduğunu deyən İqtisadçı Samir Əliyev məmurlara məxsus obyektlərin işıq pulu ödəməməsini səbəb kimi dəyərləndirir. Onun sözlərinə görə, kommunal xidmətlər göstərən qurumlar bu cəhətdə məsuliyyətli olmalıdırlar:

"Kommunal xidmət göstərən qurumların hər biri ayrı-ayrılıqda belə bir fikir səsləndirirdilər ki, istehsal etdikləri məhsulun maya dəyəri onun satış qiymətindən bahadır. Amma bu məsələ ilə bağlı suallar var. Əvvəla, şəffaflıq yoxdur. Biz haradan bilək ki, həqiqətən məhsulun maya dəyəri baha başa gəlir, bu məsələdə şişirtmə yoxdur? İkincisi, işçilərin çoxluğu qiymətə təsir edir. Bir nəfərin görməli olduğu işi 3-4 nəfər görürsə, təbii ki, bu, maya dəyərinə təsir edəcək. Üçüncüsü isə, istər su, istərsə də qaz, işıq pullarının ödənişlərində müşahidə edirik ki, daha çox adi vətəndaşlar ödənişi həyata keçirir. Amma imkanlı adamlar, məmurlara məxsus ayrı-ayrı obyektlər ödəniş etmir. Həmin pulu da əhalidən çıxırlar. Bu problemlər həll olunmayınca, qiymətlər qalxmaqda davam edəcək. Düşünürəm ki, bu artım digər qiymətlərə də təsir edəcək".

Ekspert sözlərinə onu da əlavə edib ki, növbəti qiymət artımı nəqliyyat sistemində olacaq.

Rüfət Soltan
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.05.2020
Bu axşam Fitr bayramıdır - Zəkat necə çıxarılmalıdır?
22.05.2020
Daha 5 DOST mərkəzinin açılacaq
22.05.2020
"Sənə pensiya düşmür" dedi, amma özü 4 uşaqlı qadının müavinətini 20 il yedi - XAÇMAZDA - VİDEO
22.05.2020
“Bu duanı daha 50 nəfərə göndər ki...” kimi dini mesajlar nəyə xidmət edir?
21.05.2020
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi könüllü qanvermə aksiyasına qoşuldu - FOTO