Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6561

Digər sorğular

İlham Əliyev Böyük Britaniyanın yeni baş nazirini təbrik etdi

16:26  |    15 İyul 2016  |   E-mail  |  Çapa göndər

Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Tereza Meyə təbrik məktubu yollayıb. QAZİLER.AZ-ın AzərTAc-a istinadən məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli xanım Baş nazir,

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri vəzifəsinə təyin edilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı münasibətlər bizim üçün xüsusi əhəmiyyət daşıyır. Bu mənada dostluq əlaqələrimizin gündən-günə genişlənməsi və dərinləşməsi məmnunluq doğurur. Azərbaycanın neft-qaz yataqlarının işlənməsi, enerji daşıyıcılarının hasilatı və onların dünya bazarlarına ixracı sahələrində ölkələrimizi təmsil edən şirkətlərin birgə səmərəli işi qarşılıqlı faydalı əməkdaşlığımızın göstəricisidir.

Ümidvaram ki, Azərbaycan ilə Birləşmiş Krallıq arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq əlaqələrinin xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.

Hörmətli xanım Baş nazir, bir daha Sizə təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, Birləşmiş Krallığın dost xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
08.11.2019
Nazirdən şad xəbər: Bu məhsullar ƏDV-dən azad olunacaq
07.11.2019
Pirşağıda 120 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb
06.11.2019
Bir qrup neftçi təltif edilib - SƏRƏNCAM
06.11.2019
Prezident İlham Əliyev Azərbaycan neftçilərini təbrik edib
01.11.2019
“Azəriqaz” İstehsasalat Birliyinə yeni baş direktor təyin olunub