Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6880

Digər sorğular

Son 6 ayda 37 nəfər ailəsinə qayıdıb - NAZİRLİK

15:15  |    15 İyul 2016  |   E-mail  |  Çapa göndər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən QAZİLER.AZ-a verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət müəssisələrində 1050 nəfər tam dövlət təminatında yaşayır.

Cari ilin 6 ayında sosial xidmət müəssisələrindən 37 nəfər şəxs doğma ailə mühitinə qayıdıb.

Cari ilin 01 iyul tarixinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət müəssisələrində 1050 nəfər tam dövlət təminatında yaşayır.

Həmin şəxslərdən 316 nəfəri sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardır ki, onlar nazirliyin 1 və 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində yaşayırlar. 18 yaşından yuxarı ruhi-əsəb əlilləri olan 515 nəfər nazirliyin aidiyyəti psixonevroloji internat evlərində yerləşdiriliblər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Müharibə və əmək əlilləri üçün pansionatında yaşayan ahılların sayı isə 219 nəfər təşkil edir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial cəhətdən həssas qruplardan olan insanlara diqqət və qayğısı sosial xidmət müəssisələrində dövlət himayəsində yaşayan şəxslərin hərtərəfli təminatlarının gücləndirilməsinə də şərait yaradıb. Son illərdə bu müəsissələrdə müasir tələblərə uyğun şəraitin yaradılması üçün əsaslı təmir və yenidənqurma işləri aparılıb. Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində, Müharibə və əmək əlilləri üçün pansionatda və digər müəssisələrdə nümunəvi yaşayış və reabilitasiya şəraiti mövcuddur. Hazırda da bu istiqamətdə işlər davam etdirilir.

Qeyd olunan müəssisələrdə yaşayan şəxslərin doğma ailə mühitinə qayıtmaları üçün müvafiq tədbirlər də həyata keçirilir. Cari ilin ötən dövründə bu tədbirlərin nəticəsi kimi, sosial xidmət müəssisələrindən ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz çox, yəni 37 nəfərin doğma ailə mühitinə qayıtmaları təmin olunub. Onlardan 18 nəfərini sağlamlıq imkanları məhdud uşaqlar təşkil edib.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.05.2020
Bu axşam Fitr bayramıdır - Zəkat necə çıxarılmalıdır?
22.05.2020
Daha 5 DOST mərkəzinin açılacaq
22.05.2020
"Sənə pensiya düşmür" dedi, amma özü 4 uşaqlı qadının müavinətini 20 il yedi - XAÇMAZDA - VİDEO
22.05.2020
“Bu duanı daha 50 nəfərə göndər ki...” kimi dini mesajlar nəyə xidmət edir?
21.05.2020
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi könüllü qanvermə aksiyasına qoşuldu - FOTO