Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6480

Digər sorğular

Fransada terakt: 80 ölü, 120 yaralı-VİDEO

14:52  |    15 İyul 2016  |   E-mail  |  Çapa göndər

Bu dəqiqələrə olan son məlumata görə, Fransanın Nitsa şəhərində törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb. 120 nəfərin xəsarət aldığı bildirilir.

Məlumatı RİA Novosti yayıb.

* * *03:15



Fransanın Nitsa şəhərində baş vermiş terror aktında ölənlərin sayı 73-ə çatıb. 120-dən çox insanın xəsarət aldığı bildirilir.

Bu barədə Fransa mediası xəbər yayıb.

"Hazırda şəhərdə xüsusi əməliyyat keçirilir" - deyə Daxili İşlər Nazirliyinin xüsusi nümayəndəsi Anri Brande jurnalistlərə bildirib. O, əlavə edib ki, şəhərdə heç kim girov götürülməyib.



DİN nümayəndəsi əlavə edib ki, baş nazir Manuel Vals hadisə ilə əlaqədar təcili olaraq Nitsaya gəlir.

* * *02:37



RİA Novosti-nin yaydığı son məlumata görə, Fransanın Nitsa şəhərində törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 60-a çatıb. 100 nəfərin xəsarət aldığı bildirilir.

* * *02:17



Fransanın Nitsa şəhərində terror aktı törədilib.

Virtualaz.org fox news-a istinadən bildirir ki, naməlum şəxslər yük maşını ilə küçədə Bastiliyanın alınmasını bayram edən insanların sıx olduğu əraziyə daxil olaraq onlara atəş açıblar.

Yerli telekanalın məlumatında bildirilir ki, hadisə yerinə cəlb olunmuş polislə terrorçular arasında atışma baş verib. Atışma zamanı yük maşınının sürücüsü güllələnib. Şəhər meriyası isə sakinləri evlərindən çölə çıxmamağa çağırıb.



Son məlumata görə, terror aktında 30 nəfər ölüb, 100-ə yaxın yaralı var.

RİA Novosti bildirir ki, bu barədə yerli hakimiyyət orqanlarının nümayəndəsi məlumat verib.

Terror aktının hansı qruplaşma tərəfindən həyata keçirildiyi hələlik məlum deyil.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.09.2019
Saatlıda qəzaya uğrayan avtomobil qaz kəmərini zədələyib
21.09.2019
Rusiyada azərbaycanlılarla ermənilər arasında kütləvi dava - VİDEO
21.09.2019
Hərbi qulluqçumuz həlak olub
21.09.2019
İTV-nin sabiq əməkdaşı faciəvi şəkildə həlak oldu
21.09.2019
Erməni tərəfi Qazax istiqamətində təxribat törədib