Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6880

Digər sorğular

Nazirlik 25 sağlamlıq imkanı məhdud uşağı Türkiyəyə müalicəyə göndərdi

18:39  |    14 İyul 2016  |   E-mail  |  Çapa göndər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən QAZİLER.AZ-a verilən məlumata görə, nazirlik 25 nəfər sağlamlıq imkanları məhdud uşağı Türkiyəyə bərpa müalicəsinə göndərib.


Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 25 nəfər sağlamlıq imkanları məhdud uşaq valideynlərindən biri ilə bərabər Türkiyə Respublikasına ixtisaslaşmış bərpa müalicəsinə göndərilib.



Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınan uşaqların valideynləri Azərbaycan Prezidenti cənab İlham Əliyevin uşaqların sosial müdafiəsinə, habelə sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiyasına, onların cəmiyyətə inteqrasiyasına diqqət və qayğısından razılıqla bəhs ediblər. Onlar övladlarının xaricdə ixtisaslaşmış bərpa müalicəsinin təşkilinə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiyası istiqamətində tədbirlərin cari ildə də uğurla davam etdirildiyini bildirib: “Cari ilin ötən dövründə bu təbəqələrdən olan 105 nəfərin, o cümlədən 70 nəfər əlilliyi olan şəxsin və 35 nəfər sağlamlıq imkanları məhdud uşağın xaricdə ixtisaslaşmış bərpa müalicəsi təşkil edilib. Hazırda göndərilən şəxslər Türkiyənin Dənizli bölgəsindəki Nobel Tibb Mərkəzində 5 ulduz oteldə yerləşdiriləcəklər. Orada peşəkar həkim-reabilitoloqlar tərəfindən həmin bölgənin təbii müalicəvi resurslarından istifadə edilməklə uşaqlar səmərəli fizioterapevtik müalicə prosedurlarına cəlb olunacaqlar. Bununla yanaşı, orada olduqları müddətdə həmin uşaqları müşaiyət edən valideynlərin də ilk dəfə olaraq reabilitasiya tədbirlərinə cəlb olunması təmin ediləcək”.



S.Abdullayev bu ilin ilk yarımilində nazirlikdəki müvafiq Komissiyanın qərarları əsasında müraciətlərinə uyğun olaraq, 40 nəfərə yaxın əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın ölkə daxilində və xaricdə müalicəsinə müvafiq köməklik göstərildiyini də bildirib: “Eyni zamanda, uşaqların sosial təminatı yönündə də məqsədyönlü işlər aparılır. Hazırda sağlamlıq imkanları məhdud uşaqlar, valideyn himayəsindən məhrum olmuş uşaqlar, müharibə əlillərinin uşaqları, aztəminatlı ailələrdəki 1 yaşınadək uşaqlar və qanunvericilikdə nəzərdə tutulan digər təbəqələrdən olan uşaqlar sosial müavinət sistemi ilə əhatə olnunublar. Bu müavinətlərin də mütəmadi olaraq artırılması təmin edilir”.

Şöbə müdiri həmçinin nazirliyin sosial sifarişləri əsasında icra olunan layihələr çərçivəsində 1500-dən çox uşağın reabilitasiya yönümlü sosial xidmətlərlə təmin edildiklərini diqqətə çatdırıb. O, nazirliyin ayrı-ayrı bərpa mərkəzləri kimi, Bakı şəhərindəki Uşaq Bərpa Mərkəzində də müasir tələblərə uyğun şəraitin yaradılması işlərinin aparıldığını bildirib.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.05.2020
Bu axşam Fitr bayramıdır - Zəkat necə çıxarılmalıdır?
22.05.2020
Daha 5 DOST mərkəzinin açılacaq
22.05.2020
"Sənə pensiya düşmür" dedi, amma özü 4 uşaqlı qadının müavinətini 20 il yedi - XAÇMAZDA - VİDEO
22.05.2020
“Bu duanı daha 50 nəfərə göndər ki...” kimi dini mesajlar nəyə xidmət edir?
21.05.2020
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi könüllü qanvermə aksiyasına qoşuldu - FOTO