Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6880

Digər sorğular

Uşaq ölümlərində valideyn məsuliyyətsizliyi - DİQQƏT

17:13  |    14 İyul 2016  |   E-mail  |  Çapa göndər

Statistikaya görə, hər ay 130-150 uşaq valideyn məsuliyyətsizliyi və ya digər səbəblərdən bədbəxt hadisələrin qurbanı olur. Gündəlik mətbuatda yayılan xəbərdə bu informasiyaya adi hadisə kimi baxılsa da, nəticə acınacaqlıdır.

4 yaşlı uşağın su quyusuna düşüb ölməsini, yaxud 3 yaşlı körpənin çirkab quyusunda boğulmasını, 2 yaşlının qaynar süd qazanına düşüb yanmasını doğrudanmı faciəli qəza, yaxud təsadüf sayıb üstündən keçmək olar? Doğrudanmı azyaşlıların bu cür ölümü Azərbaycanda digər bədbəxt hadisələr kimi adiləşib? Bəs həmin azyaşlıların valideynləri hara baxırdı və 3-4 yaşlı uşağı metrlərlə dərinliyi olan su quyusunun, yaxud kanalın kənarında nəzarətsiz buraxıb onları göz-görə ölüm riski altına atanda təhlükəni niyə nəzərə almırdı?

Ötən gündə DİN və Baş prokurorluq məsələ ilə bağlı rəsmi bəyanatla valideynlərə çağırış edib. Uşaqlarınız məsuliyyətsizliyiniz qurbanına çevirmək onların ya ölümü, ya da erkən yaşlarında həyata şikəst gözüylə baxmağına səbəb olur.

Bu məsuliyyətsizliyin arxasında nə dayanır?

Psixoloq Nərmin Hacıyeva deyir ki, uşaq ölümlərində valideyn məsuliyyətsizliyi daha çoxdur: "Azyaşlı övladı 7-ci mərtəbədən yıxılan ana internetdə dostları ilə danışırmış, başı qarışıb. Uşaq isə pəncərəyə çıxaraq oradan yıxılıb. Ana özünü bağışlamırdı”.

Mütəxəssis digər bir hadisəni nəql edir: "4 yaşlı uşağı ilə gələn ana uşağın aktiv olmamasından, danışmamasından gileylənir. Təsəvvür edin, uşağın əlindən telefon düşmür, daim oyun oynayır. Uşağın oyuna aludə olması ananın işini asanlaşdırıb. Nəticədə uşaq yaşıdlarından geri qalıb, aktiv həyata qoşula bilmir”.

Valideyn məsuliyyətsizliyi nəticəsində zərər çəkən uşaqların say çoxluğu Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini də hərəkətə gətirib. Komitə valideyn məsuliyyətini artıran qanunvericiliyin sərtləşdirilməsi üçün təkliflər hazırlayıb.

Komitənin açıqlamasında qeyd olunur ki, valideyn məsuliyyəti ilə bağlı qanun hazırlanır: "Hər uşaq diqqət mərkəzində olmalı və qayğı ilə əhatə olunmalıdır. 35 yaşında qadın kömək üçün komitəyə müraciət edib. Onun nə evi, nə işi var, həyat yoldaşı da işləmir, amma 5 uşağı var. 5 uşağı dünyaya gətirəndə düşünmürlər ki, bunları necə dolandıracağıq? Buna görə atılmış uşaqlar bir problem olaraq qarşımızda dayanıb”.

Komitə məsuliyyətsizliyin qarşısının ya cərimə, ya da həbs cəzası ilə almağın mümkünlüyünü düşünür. Belə ki, indiyədək azyaşlıların açıq-aşkar məsuliyyətsizlik və laqeydlik üzündən həlak olması hallarına görə cəzalanan demək olar yoxdur. Belə hallar bədbəxt hadisə kimi qeydə alınır və valideynlər barədə cinayət işi qaldırılmır.

Bəzən valideyn belə hallarda övladının ölümündə özünü günahlandırır, buna görə dərin peşmançılıq çəkir. Amma bunların artıq heç bir faydası qalmır. Komitənin cinayət işi və cəzalandırma ilə bağlı təklifilə bəyanat yayması gələcəkdə övlad sahiblərinin daha diqqətcil və ehtiyatlı davranmalarına və uşaq ölümü hallarının azalmasına yönəlib.


Heç bir valideyn istəməz ki, onun canından bir parçası əbədiyyən ayrılsın. Ona görə də məsələni araşdırarkən Azərbaycanda nikahdan kənar doğulan körpələrin statistikasına da diqqət yetirmək lazımdır.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, ötən ildə rəsmi qeydə alınmamış nikahdan doğulan uşaqların sayı 24038 nəfər olub. Bu rəqəmin çox olması valideyn etinadsızlığının qurbanlarının sayına da təsir edir.

Son 1 ildə nikahdankənar dünyaya gələn uşaqların sayı artıb. Küçə uşaqlarının statistikası dəyişmir, hər il milyonlarla manatlıq layihələr haqqında məlumat alsaq da, azyaşlıların ərə verilməsi sahəsində müsbət dəyişikliklər müşahidə etmirik. Bura azyaşlı uşaqlara maşın etibar edən valideynləri də əlavə edək.

Uşaqların diqqətdən kənarda qalması təkcə ailələrin maddi problemləri ilə bağlı deyil. Əksinə, bədbəxt hadisələrin baş verdiyi ailələr arasında maddi imkanı yaxşı olanlar da var.

Ekspertlər internetə, sosial şəbəkəyə, seriallara, şou proqramlara aludəçiliyin də uşaqların nəzarətsiz qalmasına səbəb olduğunu düşünürlər. İnnovativ texnologiyanın inkişafı müasir ailələrin həyatının əsas vasitələrində birinə çevrilib. Bunlar isə ailə təcrübəsizliyinin qarşını nəinki almır, əksində buna təkan verir. Övladını diqqətsiz qoyan ana ya televiziya verilişlərinə baxır, yaxud da bir anlıq sosial şəbəkə auditoriyasına qapanır. Nəticədə həmin o "bir anlıq” tezisi öz gücünü göstərir.

Ailələrin faciəsinə səbəb olan belə bədbəxt hadisələrin təkrarlanmaması üçün valideynlərə xüsusən azyaşlı övladlarına qarşı daha diqqətli və məsuliyyətli olmalarını tövsiyə edirik.


Rüfət Soltan
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.05.2020
Bu axşam Fitr bayramıdır - Zəkat necə çıxarılmalıdır?
22.05.2020
Daha 5 DOST mərkəzinin açılacaq
22.05.2020
"Sənə pensiya düşmür" dedi, amma özü 4 uşaqlı qadının müavinətini 20 il yedi - XAÇMAZDA - VİDEO
22.05.2020
“Bu duanı daha 50 nəfərə göndər ki...” kimi dini mesajlar nəyə xidmət edir?
21.05.2020
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi könüllü qanvermə aksiyasına qoşuldu - FOTO