Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6880

Digər sorğular

31 mindən çox əcnəbiyə fərdi şəxsi hesab açılıb

16:37  |    14 İyul 2016  |   E-mail  |  Çapa göndər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən QAZİLER.AZ-a verilən məlumata görə, Azərbaycanın fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 31 068 nəfər təşkil edir.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesi cari ilin yanvar-iyun aylarında da davam etdirilib. Hesabat dövründə 3205 nəfər əcnəbiyə fərdi şəxsi hesab açılıb.

Sistemdə qeydiyyata alınan xarici vətəndaşların sayı 01 iyul tarixinə 31 068 nəfərə çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 058 nəfər (24,2 faiz) çoxdur. Fərdi şəxsi hesabı olan əcnəbilərdən 27 340 nəfəri (88 faiz) kişilər, qalanları qadınlardır.

Hazırda Fondun fərdi uçot sistemində 123 ölkənin vətəndaşları qeydiyyatdadır. Fərdi şəxsi hesabı olan əcnəbilər arasında say çoxluğuna görə ilk yerləri Тürkiyə, Gürcüstan və Rusiya vətəndaşları tutur. Sonrakı yerlər Hindistan, Özbəkistan, İran, Çin, Banqladeş, Birləşmiş Böyük Britaniya və Şimali İrlandiya, Pakistan, Ukrayna, Filippin, ABŞ, Almaniya, Qazaxıstan, Türkmənistan, İtaliya və s. ölkələrin vətəndaşlarına aiddir.
Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin 2006-cı il yanvarın 1-dən məcburi dövlət sosial sığorta sistemi ilə əhatə olunmasına başlanılıb. Bu amil ölkə vətəndaşları kimi, onların da gələcəkdə pensiya təminatına malik olmalarını stimullaşdırır.



Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.05.2020
Bu axşam Fitr bayramıdır - Zəkat necə çıxarılmalıdır?
22.05.2020
Daha 5 DOST mərkəzinin açılacaq
22.05.2020
"Sənə pensiya düşmür" dedi, amma özü 4 uşaqlı qadının müavinətini 20 il yedi - XAÇMAZDA - VİDEO
22.05.2020
“Bu duanı daha 50 nəfərə göndər ki...” kimi dini mesajlar nəyə xidmət edir?
21.05.2020
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi könüllü qanvermə aksiyasına qoşuldu - FOTO