Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6949

Digər sorğular

“Daşkəsən Filizsaflaşdırma” ASC özəlləşdirməyə çıxarılıb

00:19  |    14 İyul 2016  |   E-mail  |  Çapa göndər


Prezident İlham Əliyev Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında sərəncam imzalayıb.

Qaziler.az bildirir ki, "Report"un məlumatına görə, sənədə əsasən, Azərbaycan Polad İstehsalı Kompleksinə daxil edilmiş “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyəti özəlləşdirməyə açıq elan edilib və bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına verilib.
Əmlak Məsələləri Dövlət Komitəsinə “Daşkəsən Filizsaflaşdırma” ASC-nin dövlətə məxsus səhmlərinin investisiya müsabiqəsi vasitəsilə satışı üsulu ilə özəlləşdirilməsini təmin etmək, investisiya müsabiqəsinin dövlətin strateji maraqlarına uyğun şərtlərlə və daha səmərəli keçirilməsi məqsədi ilə nüfuzlu məsləhətçi şirkətin cəlb edilməsi ilə əlaqədar zəruri tədbirlər görmək tapşırılıb.
Müəyyən edilib ki, səhmlərin özəlləşdirilməsində yerli investorlarla yanaşı, xarici investorların da iştirakına icazə verilir.
Nazirlər Kabineti Əmlak Məsələləri Dövlət Komitəsi və “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə “Daşkəsən Filizsaflaşdırma” ASC-nin balansında olan əmlakla Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına verilməsini və bununla bağlı təhvil-təslim işlərinin bir ay müddətində başa çatdırılmasını təmin etməli, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
“Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 aprel tarixli 2875 nömrəli sərəncamının 3-cü hissəsi ləğv edilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
08.07.2020
Pensiyaların orta aylıq məbləğində 27 faizə yaxın artım olub
08.07.2020
Prezidentdən Dövlət Neft Fondu ilə bağlı SƏRƏNCAM
08.07.2020
Prezident SƏRƏNCAM imzaladı
07.07.2020
Bakıda hərbi qulluqçuya rişxənd edən şəxs həbs olundu - RƏSMİ - VİDEO
02.07.2020
Neftin qiyməti 43 dolları ötdü