Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6793

Digər sorğular

Günəş sistemində cırtdan planet aşkarlandı

19:03  |    13 İyul 2016  |   E-mail  |  Çapa göndər

Beynəlxalq alimlər qrupu Günəş sistemində daha bir cırtdan planet aşkarlayıb.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) APA-ya verilən məlumata görə, Neptun planetindən sonra yerləşən 2015 RR245 işarəli obyekt Günəş sisteminin səkkizinci və ən uzaq planeti hesab edilir.


İxtira Havay adalarında dəniz səviyyəsindən 4204 metr hündürlükdə yerləşən Mauna-Kea vulkanının zirvəsində quraşdırılmış Kanada-Fransa-Havaylar Teleskopu vasitəsilə əldə olunan məlumatlar əsasında gerçəkləşib.

Tədqiqatlar Günəş sisteminin xarici sahəsinin öyrənilməsi üzrə OSSOS (Outer Solar System Origins Survey) layihəsi çərçivəsində aparılıb. Yeni 2015 RR245 işarəli planet çox uzunsov orbitə malikdir. Bizim ulduzumuzdan obyekt maksimum 120 a.v. (astronomik vahid) məsafəyə qədər uzaqlaşaraq, 34 a.v. məsafəyə qədər yaxınlaşır.

Qeyd edək ki, 1 a.v. Yer kürəsi ilə Günəşin arasında olan orta məsafəyə bərabərdir. Bu planetdə bir il Yerin 700 ilindən artıq davam edir.

2015 RR245 işarəli planetin xüsusiyyətlərini araşdırmağa davam edən tədqiqatçıların ilkin hesablamalarına əsasən, obyektin Günəşlə maksimal yaxınlaşması yalnız 2096-cı ildə baş tutacaq. Bu tarixə yaxın bir zamanda astronomlar planet, Günəş sisteminin formalaşması və digər planetlər haqqında yeni məlumatlar əldə etmək imkanı qazanacaqlar.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.04.2020
İbrahim Tatlıses “Pablo Eskobar” rolunda - VİDEO
03.04.2020
Məşhur prokuror koronavirusa şeir həsr etdi: “Hamı təlaş içindədi”
03.04.2020
“Təəccüblü şeylər baş verir: ər-arvad xəyanətləri 99% azalıb”
30.03.2020
Dünya əhalisinin sayını azaltma planları: virus, qıtlıq, eynicinslilik...
28.03.2020
Rus yazıçıdan İDDİA: Koronavirus yoxdur, məqsəd...