Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6561

Digər sorğular

“BMT Azərbaycanın yanındadır“ - Qulam İshaqzai

16:48  |    12 İyul 2016  |   E-mail  |  Çapa göndər

Bu gün Bakıda Azərbaycan-BMT Tərəfdaşlıq Çərçivə sənədinin imzalanması mərasimi baş tutub.

"APA-Economics" xəbər verir ki, sənədi Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və BMT-nin rezident əlaqələndiricisi Qulam İshaqzai imzalayıb.

Tərəfdaşlıq Çərçivə sənədi "Azərbaycan-2020: Gələcəyə baxış" konsepsiyası çərçivəsində nəzərdə tutulan milli məqsədlərə müvafiq olaraq 2016-2020-ci il müddətinə imzalanıb. Sənədin əsasını 2030-cu il üçün davamlı inkişaf gündəliyi təşkil edəcək və bununla da davamlı inkişaf məqsədləri təsbit olunacaq.


Ş. Mustafayev qeyd edib ki, sənəd hazırlanarkən milli və beynəlxalq tərəfdaşlar, elm və ictimaiyyət nümayəndələri ilə sıx əməkdaşlıq qurularaq strateji sahələrin müəyyənləşdirilməsi üzrə müzakirələr keçirilib. "Çərçivə sənədi aşağıdakı iqtisadiyyatın şaxələndirilməsi, layiqli əməyi özündə ehtiva edən dayanıqlı iqtisadi inkişafın təşviqi, institusional potensialın gücləndirilməsi, səmərəli ictimai və sosial xidmətlər, ətraf mühitin idarə edilməsinin təkmilləşdirilməsi, risk və təbii fəlakətlərə qarşı dayanıqlılığın artırılması kimi strateji fəaliyyət sahələrini əhatə edir. Konsepsiyada müasir çağırışlara cavab olaraq qeyri-neft sektorunun daha sürətli inkişafına nail olmaq, iqtisadi səmərəliliyin və rəqabət qabiliyyətliliyinin artırılması vəzifələri məqsəd kimi qoyulub", - deyə nazir qeyd edib.

M. İshaqzainin sözlərinə görə, imzalanan sənəd təxminən 2 il ərzində Azərbaycan hökuməti və BMT sistemində təmsil olunan qurumlar arasında aparılan sıx məsləhətləşmələr və müzakirələrin nəticəsidir: "Tərəfdaşlıq sənədinin əsas məqsədi milli inkişaf gündəliyinə dəstək verməkdən ibarətdir. Bu sənəd Azərbaycan üçün çox taleyüklü zamanda imzalanır. Çünki hal-hazırda Azərbaycan hökuməti iqtisadi islahatlar və şaxələndirmə üçün müvafiq yol xəritəsi hazırlayır. BMT Azərbaycanın yanındadır və bu proseslərin həyata keçirilməsində öz töhfəmizi verməyə hazırıq".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
08.11.2019
Nazirdən şad xəbər: Bu məhsullar ƏDV-dən azad olunacaq
07.11.2019
Pirşağıda 120 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb
06.11.2019
Bir qrup neftçi təltif edilib - SƏRƏNCAM
06.11.2019
Prezident İlham Əliyev Azərbaycan neftçilərini təbrik edib
01.11.2019
“Azəriqaz” İstehsasalat Birliyinə yeni baş direktor təyin olunub