Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6598

Digər sorğular

Müdafiə naziri cəbhədə əməliyyat şəraiti ilə tanış olub - FOTO

17:49  |    06 İyul 2016  |   E-mail  |  Çapa göndər

Müdafiə Nazirliyinin (MN) rəhbərliyi Ramazan bayramı münasibətilə cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub.

Nazirliyin mətbuat xidmətindən Qaziler.az-a verilən məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov müdafiənin ön xəttindəki mövcud vəziyyətlə, döyüş hazırlığı, döyüş növbətçiliyinin yüksək səviyyədə təşkili və aparılması, o cümlədən hərbi qulluqçuların mənəvi-psixoloji durumu, sosial-məişət şəraiti ilə maraqlanıblar.
Müdafiə naziri əməliyyat şəraiti ilə yaxından tanış olub.
Bayram münasibətilə şəxsi heyəti təbrik edən nazir onların bundan sonra da Azərbaycan Respublikası Konstitusiyasına, hərbi anda və nizamnamələrə sadiq qalaraq ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması naminə xidməti borclarını şərəf və vicdanla yerinə yetirəcəklərinə, döyüş hazırlığı səviyyəsinin daha da artırılmasında səylə çalışacaqlarına əminliyini ifadə edərək, hərbi qulluqçulara möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xidmətdə uğurlar arzulayıb.
Nazir, eyni zamanda müdafiə xəttinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib.
Sonda əsgərlərlə nahar edilib, ön xətdə döyüş növbəsi çəkən hərbi qulluqçularla çay süfrəsi arxasında söhbət aparılıb.








Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
09.12.2019
Apreldəki məğlubiyyətin səbəbi: Sərkisyan hesabat verəcək
09.12.2019
Nəticəsiz danışıqlar - ümidlər indi də 2020-yə qalır
09.12.2019
Atəşkəs yenə pozulub
07.12.2019
Qarabağ danışıqlarında İrəvan çətin durumdadır - Nakalyan
07.12.2019
Bu, baş verməsə, Qarabağda MÜHARİBƏ OLACAQ – Rusiyalı ekspertdən XƏBƏRDARLIQ