Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7148

Digər sorğular

Etimad Əsədov: “Qazilərin problemləri çoxdur...”

19:49  |    04 İyul 2016  |   E-mail  |  Çapa göndər

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Qarabağ qaziləri” ictimai birliyinin Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qarabağ əlillərinin problemlərinin həllinə dəstək” layihəsi çərçivəsində I konfransını keçirib.

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Qarabağ qaziləri” ictimai birliyinin Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qarabağ əlillərinin problemlərinin həllinə dəstək” layihəsi çərçivəsində I konfransını keçirilib.

“Qarabağ qaziləri” birliyinin sədri Etimad Əsədov konfransı açaraq Azərbaycanda Qarabağ qazilərinin real vəziyyətindən danışıb. O bildirib ki, keçmiş döyüşçülərin həyat şəaraitinin yaxşılaşdırılması istiqamətində dövlət başçısı tərəfindən müəyyən addımlar atılsa da, həlli vacib xeyli problemlər var və qalmaqda davam edir: “Qarabağ qazilərinin, şəhid ailələrinin problemi çoxdur! Azərbaycanda Qazilərə, şəhid ailələrinə qarşı məmur özbaşınalığı, biganəliyi davam edir! Belə olmaz! Bunları demək lazımdır!”



Layihənin məqsədindən danışan “Vətən Müharibəsi Əlilləri” birliyinin sədri Firudin Məmmədov əsas hədəflərinin Qarabağ əlillərinin, şəhid ailələrinin maarifləndirilmə yolu ilə problemlərinin həllinə yardım etmək olduğunu bildirib.

Konfransda “Şəhid ailələri, Əlillər və Müharibə Veteranlarının Hüquqlarının Müdafiəsi” ictimai birliyinin sədri, hüquqşünas Tahir Məmmədov mövzu ilə bağlı məruzə ilə çıxış edib. O, hüquqlarını müdafiə etdiyi döyüşçülərin qarşılaşdığı haqsızlıqlarla bağlı geniş çıxış edib və problemdən çıxış yolunda danışıb.

Tədbirdə hüquqşünas Dilbər Ağayeva, hərbi jurnalist, polkovnik - leytenant İbrahim İbadoğlu və digər iştirakçılar öz fikir və düşüncələrini bölüşüblər.

Geniş müzakirələr aparlan tədbirdə iştirakçılara layihə çərçivəsində hazırlanmış buklet paylanıb.

Qeyd edək ki, layihə çərçivəsində daha üç konfrans keçiriləcək.

Konfransdan hazırlanmış geniş materiala yaxın zamanlarda yayılacaq.







Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.10.2020
8 minə yaxın şəxs özünüməşğulluğa cəlb olunub
16.10.2020
“E-sosial” portalının 800 min aktiv istifadəçisi var
16.10.2020
Məşğulluq layihələrindən yararlanmaq üçün sadələşmiş qeydiyyat sistemi istifadəyə verildi
15.10.2020
Əmək bazarına qayıtmaq üçün kurslara başlanacaq
15.10.2020
Dünya Bankının missiyasına Ermənistanın təcavüzkar siyasəti barədə məlumat verildi