Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6604

Digər sorğular

Milli Qəhrəman Koroğlu Rəhimovun şəhid olmasından 24 il ötür

15:51  |    03 İyul 2016  |   E-mail  |  Çapa göndər


Bu gün Milli Qəhrəman Koroğlu Rəhimovun şəhid olmasından 24 il ötür.

Qaziler.az bildirir ki, Lent.az-ın verdiyi məlumata görə, Koroğlu Rəhimov 1953-cü il oktyabr ayının 31-də Azərbaycan Respublikasının Oğuz rayonunun Xaçmaz kəndində müəllim ailəsində anadan olub.

Birinci sinfə Yaqublu kənd orta məktəbində gedən Koroğlu Rəhimov sonra ailəsi ilə birlikdə Qərbi Azərbaycanın Zəngibasar mahalının Sarıcalılar kəndinə köçüb. Orta təhsili Həbil kənd orta məktəbində başa vuraraq, 1969-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunun avtomexanika fakültəsinə daxil olub. 1972-ci ildə ordu sıralarına çağırılıb. 1974-cü ildə hərbi xidmətini Almaniya Demokratik Respublikasında başa vurduqdan sonra yarımçıq qalmış təhsilini davam etdirib.


Qəlbi Vətən eşqi ilə döyünən Koroğlu Rəhimov Xocalı faciəsindən sonra könüllü olaraq 1992-ci il martın 17-də Milli Ordu sıralarına yazılıb, 1992-ci il aprelin 30-da “N” saylı bölüyə komandir təyin edilib. Bu bölük 13 iyun 1992-ci il Buzluq, Çartaz, Erkəc kəndlərinin azad edilməsində xüsusi rol oynayıb. Koroğlu Rəhimov şəxsən bu döyüşlərdə dörd erməni faşisti məhv edib. Koroğlu Rəhimov Goranboy və Ağdərədə gedən digər qanlı döyüşlərdə iştirak edib, 1992-ci il iyul ayının 3-də Ağdərədə gedən qanlı döyüşlərin birində qəhrəmancasına həlak olub.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli, 203 nömrəli fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, Vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borclarının şərəflə yerinə yetirilməsində göstərdiyi misilsiz xidmətlərə görə leytenant Rəhimov Koroğlu İsmayıl oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bakının Nərimanov rayonunda küçələrdən birinə Koroğlu Rəhimovun adı verilib və bu küçədə onun büstü qoyulub. Oğuz rayonunun Xaçmaz kəndindəki 3№-li körpələr evi-uşaq bağçası, Oğuz şəhərində küçələrdən biri qəhrəmanın adını daşıyır.

Koroğlu Rəhimov ailəli idi, üç övladı yadigar qalıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.12.2019
Gələn il “aprel savaşı” daha geniş miqyasda təkrarlana bilər? - gözlənti
13.12.2019
Cəbhədə son durum: düşmən cavab atəşi ilə susdurulub
12.12.2019
Zəngilan necə işğal edildi? - Erməni general açıqladı
12.12.2019
Hikmət Hacıyev azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərlərinə münasibət bildirib
12.12.2019
İrəvana savaş xəbərdarlığı - 2020-ci ildə “sükut” pozula bilər