Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6481

Digər sorğular

İran-Səudiyyə savaşı başlayır

14:43  |    27 Mart 2015  |   E-mail  |  Çapa göndər

Məlum olduğu kimi, dünən İrandan dəstək alan husi üsyançıları ilə prezident Mansur Hadinin tərəfdarları arasında gedən vətəndaş müharibəsinə Səudiyyə Ərəbistanı da qoşulub.

Bu, Hadinin BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubda `könüllü ölkələrə` hərbi müdaxilə çağırışı etməsinin ardından baş verib. Səudiyyə Ərəbistanı çağırışa qoşularaq, daha 10 ölkənin hərbi qüvvələri ilə birgə Yəməndə hava əməliyyatına başlayıb. Ötən gecə başlayan əməliyyata "Qərarlı fırtına" adı verilib.

Səudiyyə Ərəbistanının ABŞ-dakı səfiri Adil əl-Cubeyr, "Hadinin qanuni hökumətini qorumağı planlaşdırırıq" deyib.
Ağ Ev sözçüsüi Bernadet Mihan ABŞ prezidenti Barak Obamanın Yəmənə yönəlik hərbi əməliyyata kəşfiyyat dəstəyi verdiklərini söyləyib.

Xəbər verilir ki, günlərdir cənubdakı Yəmən sərhədinə hərbi qüvvə yığan Səudiyyə Ərəbistanı əməliyyata 100 təyyarə ilə qatılıb. Bundan başqa, Riyad rəhbərliyi ayrıca 150 min əsgərini sərhəddə hazır gözlədir. Hava əməliyyatına Birləşmiş Ərəb Əmirlikləri 30, Bəhreyn 15, Küveyt 15, Qatar 10, İordaniya 6, Mərakeş 6 və Sudan 3 təyyarə ilə daxil olub. Deniz və hava qüvvətləri əməliyyatda iştirak edəcəyini açıqlayan Misirin 4 döyüş gəmisi Süveyş kanalı`na yönəlib. Pakistan isə Səudiyyə Ərəbistanının ərazi bütövlüyünə qarşı ola biləcək bir təhdidə sərt cavab veriləcəyini açıqlayıb.

Türkiyənin Xarici İşlər Nazirliyi bəyan edib ki, Səudiyyə Ərəbistanı tərəfindən Ankaraya əvvəldən məlumatı verilən hərbi hərəkatı dəstəkləyir.

İran isə ərəb koalisiyasına qarşı çıxıb. İranın xarici işlər naziri Cavad Zərif bildirib ki, Yəmənin suverenliyinə yönələn əməliyyat dərhal dayandırılmalıdır: "Yəməndəki böhranı bitirmək üçün nə lazımdırsa edəcəyik".

Beləliklə, onsuz da qan gölünə dönmüş Yaxın Şərq daha bir qanlı müharibənin astanasındadır.

"Yeni Müsavat"
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.05.2019
“Sizin başınızı daşla əzəcəyik!...” - İrəvandakı mitinqdə qarabağlılar hədələdi
12.08.2018
Xəzərin hüquqi statusu haqqında Konvensiya imzalandı - FOTOLAR,VİDEO
05.08.2018
İran professorundan şok şərh
31.07.2018
Rusiyanın Gümrüdəki bazasında dava: Yaralılar var
28.07.2018
Paşinyan: “Türkiyə ilə şərtsiz əlaqələr qurmağa hazırıq” - Sensasiyalı müsahibə