Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6560

Digər sorğular

“Transparency İnternational“: Ermənistan Müdafiə Nazirliyi korrupsiyalaşıb

21:27  |    28 İyun 2016  |   E-mail  |  Çapa göndər

Ermənistan korrupsiya risklərinin çox yüksək olduğu 17 ölkə arasında göstərilib.

Qaziler.az-ın "epress.am” saytına istinadən verdiyi məlumata görə, bunu "Transparency İnternational” Korrupsiya Əleyhinə Mərkəzinin direktor müavini Sona Ayvazyan deyib. O, Ermənistan Müdafiə Nazirliyi sistemindəki korrupsiya halına xüsusi toxunub.

S. Ayvazyan bildirib ki, müdafiə sahəsində korrupsiya ölkə iqtisadiyyatına mənfi təsir edir və belə hallar aprel hadisələri zamanı da məlum olduğu kimi, minlərlə insanın həyatına son qoya bilər: "Araşdırma zamanı belə bir nəticəyə gəldik ki, müdafiə, milli təhlükəsizlik və daxili işlərlə bağlı parlament komissiyaları çox güclü deyil. Biz büdcə və hesabatların nə dərəcədə yaxşı idarə olunduğunu bilmirik. Faktiki olaraq, Müdafiə Nazirliyi lazımi nəzarət olmadan istədiyi büdcəni əldə edə bilir, öz vasitələrindən istədiyi kimi istifadə edir. Daxili auditlə bağlı heç bir məlumat yoxdur”.

S. Ayvazyan ordunun seçkilərdə iştirakı məsələsinə də toxunub: "Əsgərlər lazımi informasiyalar əldə edə bilmirlər, onların arasında təbliğat aparmaq mümkün deyil. Öz seçimlərini ya komandirlərin təlimatı ilə, ya da bilmədən edirlər. Onlar hər şeyi heç də obyektiv göstərməyən İctimai Televiziyaya baxılar və onlarda seçki ilə bağlı obyektiv fikir yaranmır. Belə bir vəziyyətdə onları qrup halında səsverməyə aparır, səslərini idarə edir və psixoloji təzyiq göstərirlər”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.11.2019
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat nazirini qəbul edib
09.11.2019
"Həqiqi soyqırım ermənilər tərəfindən Xocalıda törədilib" - Çavuşoğlu
09.11.2019
Çavuşoğlu: "Türkiyə Azərbaycan, Azərbaycan isə Türkiyədir"
09.11.2019
Qardaş Türkiyənin tanınmışlarından Azərbaycana bayram təbriki - VİDEO
08.11.2019
Azərbaycan XİN İrana başsağlığı verib