Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6574

Digər sorğular

Ərdoğanın Putinə məktubuna ilk cavab Matviyenkodan gəldi

16:39  |    28 İyun 2016  |   E-mail  |  Çapa göndər

Rusiyadan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın məktubuna reaksiya verilib.

ANS PRESS-in məlumatına görə, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Ərdoğanın üzürxahalıq məktubunu şərh edib.

O deyib ki, bu məktub Ankara-Moskva münasibətlərinin düzəlməsi üçün təməl ola bilər. "Üzr gecikmiş olsa da heç olmamasından daha yaxşıdır. Zaman içərisində qarşılıqlı əlaqələrimiz müəyyən neqativ təsirlərə məruz qaldı, keçmişdəki inam itirildi. Yenə də bu məktub iki ölkə arasında bağların yenidən bərpası üçün əsas ola bilər".

Matviyenko Vladimir Putinin təyyarə böhranından sonra yaşanan vəziyyətin Rusiyanın türk xalqına olan dostluq duyğularına təsir etmədiyi barədə dediklərini xatırladıb: "Baş verən hadisənin fərqinə varılıb. Bunun üçün də məktubu ancaq müsbət qarşılaya bilərik".

Ötən gün Türkiyə prezidentinin Rusiya liderinə göndərdiyi məktub bütün dünyanın baş xəbərinə çevrilib. R.T.Ərdoğan V.Putinə göndərdiyi məktubda ötən ilin noyabr ayınsa Suriya ilə sərhəddə Rusiya hərbi təyyarəsinin vurulmasına görə təəssüfləndiyini deyib.

Məktubda Ərdoğan Türkiyə-Rusiya münasibətlərinin normallaşması və onların ənənəvi səviyyəyədək bərpa olması üçün çağırış da edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.11.2019
Diplomatik pasportu olan Ata Abdullayevi Paşinyana yalvarmağa kim göndərmişdi?
21.11.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb
21.11.2019
Azərbaycan XİN Nikol Paşinyanın Milandakı çıxışına münasibət bildirib
21.11.2019
Sofiyada ermənilərin daha bir təxribatının qarşısı alınıb
21.11.2019
"Ata Abdullayevi ora göndərənlər Azərbaycanın nüfuzuna böyük zərbə vurdular"