Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6942

Digər sorğular

Qazxıstan səfiri Yerevanda `qondarma` soyqırımı inkar etdi

18:55  |    27 İyun 2016  |   E-mail  |  Çapa göndər

Qazaxıstanın Ermənistandakı səfiri Timur Urazayev Yerevanda təşkil etdiyi mətbuat konfransında erməniləri şoka salıb.

Qaziler.az xəbər verir ki, səfirin qondarma “erməni soyqırımı” ilə bağlı “problem hələ təsdiq olunmayıb” açıqlaması Ermənistanda “soyuq duş” effekti yaradıb.

“Qazaxıstan niyə “erməni soyqırımı”nı tanımır?” sualına səfir mətnaltı olaraq ermənilərin özünü soyqırım törətməkdə ittiham edib:

“1915-ci il hadisələrində vəfat etmiş insanlar üçün təəssüf edirik. Bunun sizin üçün nə qədər həssas mövzu olduğunu bilirik. “Erməni soyqırımının” olduğunu və bunun Qazaxıstan tərəfindən tanınması hələki doğru deyil. Çünki hər şeydən əvvəl problem doğru həll edilməli və bura nə qədər insanın təqsirləndiyini tapmaq lazımdır.

1920-1930-cı illərdə ölkəmizdə soyqırım törədildi. Hazırda bu məsələ ətrafında müzakirələr davam edir. Ancaq bunu hökumətimiz sizin hökumətlə birlikdə aparmır. Biz bu məsələlərin dərininə getmirik. Bəs buna görə kim günahkardır?
Çünki soyqırım və qınamaq məsələlərində hər zaman bunun nədən ibarət olduğu və kim tərəfindən edildiyi sualı ortaya çıxır”.

Səfir bu sözlərlə həmin vaxt Qazaxıstana rəhbərlik etmiş erməni Levon Mirzoyana eyham vuraraq dolayısı ilə erməniləri soyqırımda ittiham edib.

Qeyd edək ki, 1920-1930-cu illərdə Qazaxıstana erməni Levon Mirzoyan rəhbərlik edib. Həmi illər ərzində aclıq səbəbi ilə əhalinin 40 faizi ölüb, heyvanların 90 faizi tələf olub. O zaman Qazaxıstana rəhbərlik edən bu şəxsin əmri ilə əhalinin taxıl və mal-qaraları əllərindən alınaraq mərkəzə göndərilirdi. Məhz bu səbəbdən 2 milyon 230 min qazax acından ölmüşdü.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
04.07.2020
Ekspert Rusiyanın Ermənistanı silahlandırmasının məqsədini açıqladı
02.07.2020
Azərbaycan, Əfqanıstan və Türkmənistan prezidentlərinin videokonfrans vasitəsilə görüşü keçirilib
01.07.2020
BMT-dən qaçqın statusu ilə bağlı açıqlama
30.06.2020
Prezidentin köməkçisi Dağıstanda saxlanılan vətəndaşlardan danışıb
29.06.2020
Azərbaycan Prezidenti Türkmənistan Prezidentinə zəng edib