Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6558

Digər sorğular

Çili parlamentində Azərbaycanla bağlı qətnamə qalmaqalı

18:20  |    24 İyun 2016  |   E-mail  |  Çapa göndər

Çili Deputatlar Palatası tərəfindən "Azərbaycanın hərbi hücumunu qınayan" qətnamə layihəsinin qəbul edilməsi ilə əlaqədar Çilinin xarici işlər naziri Heraldo Munyoz tərəfindən Deputatlar Palatasının sədri Osvaldo Andrade Laraya məktub ünvanlanıb.

Qaziler.az bildirir ki, bu barədə Trend-ə Çili parlamentindən məlumat verilib.

Qeyd olunub ki, qətnamə Çili parlamentində Latın Amerikası erməni lobbi təşkilatlarının təsiri altında olan bir qrup deputat tərəfindən irəli sürülüb.

Məktubda xarici işlər naziri sözügedən qətnamə layihəsinin qəbul edilməsi ilə bağlı rəhbərlik etdiyi qurumun etirazını bildirib. Həmçinin Çilinin Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü tanıdığını, işğal olunmuş ərazilərdə yaradılmış qondarma rejimin müstəqilliyini tanımadığını və Birləşmiş Millətlər Təşkilatının Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı müvafiq qətnamələri əsasında münaqişənin həlli istiqamətində sülh prosesini dəstəklədiyini vurğulayıb.

Nazir ölkə konstitusiyasına görə, Çilinin xarici siyasəti ilə bağlı məsələlərin yalnız Xarici İşlər Nazirliyinin səlahiyyətinə aid olduğunu xatırladaraq, hər iki qurumun bir-birinin səlahiyyətlərinə qarşılıqlı hörmət göstərilməsi prinsipinə əsaslanaraq, gələcəkdə beynəlxalq mövzularla bağlı hər hansı məsələnin, xüsusilə də iki ölkə arasında fərqli mövqelərin mövcud olduğu məsələlərin Xarici İşlər Nazirliyi ilə əlaqələndirilməsini və ən azı, əvvəlcədən Xarici İşlər Nazirliyinə məlumat verilməsini xahiş edib.

H.Munyoz yuxarıda qeyd olunanların Azərbaycanın Çilidəki diplomatik nümayəndəliyi və ya başqa dövlətlərin Çili Deputatlar Palatası tərəfindən faktiki olaraq ikitərəfli münaqişələrə müdaxilə edilməsi və ya suverenliyə hörmətsizlik göstərilməsi kimi qiymətləndirə biləcəyi hallarının və anlaşılmazlığın qarşısının alınmasına yardım edə biləcəyini vurğulayıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
09.11.2019
"Həqiqi soyqırım ermənilər tərəfindən Xocalıda törədilib" - Çavuşoğlu
09.11.2019
Çavuşoğlu: "Türkiyə Azərbaycan, Azərbaycan isə Türkiyədir"
09.11.2019
Qardaş Türkiyənin tanınmışlarından Azərbaycana bayram təbriki - VİDEO
08.11.2019
Azərbaycan XİN İrana başsağlığı verib
07.11.2019
Azərbaycan-Türkiyə 12-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası başa çatıb