Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6944

Digər sorğular

Türkiyə parlamentində yenə dava düşdü

13:01  |    24 İyun 2016  |   E-mail  |  Çapa göndər

Türkiyə Böyük Millət Məclisində (TBMM) yenidən gərgin müzakirələr deputatlar arasında davaya səbəb olub.

Qaziler.az-ın Anspress-ə istinadən məlumatına görə, Kürdyönümlü Xalqların Demoktratik Partiyasının Siirtdən olan millət vəkili Kadri Yıldırım hərbçilərin Cizrədə anti-terror əməliyyatlarındakı davranışlarını sual altına alıb.

O, hərbçilərin vətəndaşların divarlarına təhqiramiz ifadələr yazmasını pisləyib. Yıldırımın bu çıxışı həm hakim Ədalət İnkişaf Partiyası və Cumhuriyyət Xalq Partiyasından olan millət vəkillərinin narazılığına səbəb olub.

AKP-li Bülent Turan Ramazan ayında bu cür çıxışların deputata yaraşmadığını bildirib. Daha sonra isə digər AKP millət vəkili Osman Aşkın Bakla HDP-li Alican Önlü arasında mübahisə düşüb, deputatlar bir-birlərini şərəfsiz adlandırıb.

Təhqir olunan Osman Aşkının HDP sıralarına hücum etməsindən sonra milət vəkilləri yumruqlarını işə salıb, dava düşüb. CHP-li millət vəkillərinin araya girməsi ilə gərginlik səngiyib.

Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisində bundan əvvəl də dəfələrlə dava düşüb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
04.07.2020
"2024-cü ilin sentyabrında SSRİ bərpa olunacaq və paytaxtı Sankt-Peterburq olacaq"
04.07.2020
Ekspert Rusiyanın Ermənistanı silahlandırmasının məqsədini açıqladı
02.07.2020
Azərbaycan, Əfqanıstan və Türkmənistan prezidentlərinin videokonfrans vasitəsilə görüşü keçirilib
01.07.2020
BMT-dən qaçqın statusu ilə bağlı açıqlama
30.06.2020
Prezidentin köməkçisi Dağıstanda saxlanılan vətəndaşlardan danışıb