Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6563

Digər sorğular

Milli Məclisin deputatı AŞPA-da Ermənistan nümayəndəsinin əsassız çıxışına sərt cavab verib

22:36  |    23 İyun 2016  |   E-mail  |  Çapa göndər


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bugünkü sessiyasında “Mədəniyyət və demokratiya” adlı məruzənin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva ermənistanlı deputat Naira Zöhrabyana sərt cavab verərək deyib: “İşğalçı ölkənizin barbarlıqlarından danışsanız daha yaxşı olar”.

Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, Q.Paşayeva Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi, mədəni, dini abidələrin, məscidlərin, qəbiristanlıqların dağıdıldığını vurğulayaraq bildirib: “Ermənistan nümayəndə heyətinin üzvləri, xüsusilə də Zöhrabyan təcavüzkar ölkəsinin işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarından danışsa daha yaxşı olardı. Onun burada Azərbaycanla bağlı səsləndirdiyi bütün məlumatlar yalandır, qərəzlidir. Belə vacib bir mövzunun müzakirəsi zamanı Ermənistan nümayəndə heyətinin üzvlərinin, xüsusilə Zöhrabyanın Azərbaycan əleyhinə nifrət dolu çıxışına etiraz edir və bunu kəskin qınayıram.

Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi, mədəni, dini abidələri, məscidləri, qəbiristanlıqları məhv edərək azərbaycanlılara məxsus bütün mədəniyyət izlərini yox etməyə çalışır və bu, çox dəhşətlidir. Ermənistan Azərbaycan tarixi, mədəniyyəti ilə bərabər dünya mədəniyyətinə də böyük zərbə vurur. Harada kimlər tərəfindən törədilməsinə baxmayaraq, Assambleya bu cür məsələlərə kəskin etiraz etməli, bu kimi vandalizm aktlarını dayandırmağı tələb etməli, bunu törədənlərə qarşı ciddi mübarizə aparmalıdır. Əgər siz gerçəkləri video və fotogörüntülərlə görmək istəyirsinizsə, mən onları sizə təqdim edə bilərəm. Bir xalq başqa bir xalqın tarixinə, mədəniyyətinə hörmətlə yanaşmayanda sonu bu kimi üzücü hadisələrlə nəticələnir. Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə, mehriban yaşadığı bir ölkədir və mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük önəm verir. Bu istiqamətdə çoxlu sayda beynəlxalq tədbirlərə, forumlara, seminarlara ev sahibliyi edir”.

“Bu gün Azərbaycan əsl mədəniyyətlərarası dialoq məkanına çevrilib”, - deyən Q.Paşayeva həyata keçirilən işlər, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, müxtəlif layihələr barədə də danışaraq Azərbaycanın bu məsələlərdə dünyada ən yaxşı örnək ölkələrdən biri olduğunu söyləyib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.11.2019
Lavrov və sələfləri - onun əvəzlənməsi Azərbaycana fayda gətirərmi?
15.11.2019
Prezident iki rayona 6 milyon manat pul ayırdı
15.11.2019
Prezident İlham Əliyev KAICIID Beynəlxalq Mərkəzinin Baş katibini qəbul edib
15.11.2019
Prezident İlham Əliyev Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib
15.11.2019
Dünya dini liderlərinin II Sammitinin Bakı Bəyannaməsi qəbul edilib