Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6795

Digər sorğular

Lavrov və Çavuşoğlunun Soçidə görüşü gözlənilir

20:00  |    23 İyun 2016  |   E-mail  |  Çapa göndər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Soçidə görüşə bilər.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Vasili Nebenzya deyib. O bildirib ki, nazirlərin görüşü Qara Dəniz Əməkdaşlıq Təşkilatı xarici işlər nazirlərinin toplantısında baş tuta bilər: “Biz Türkiyə və Ukrayna da daxil olmaqla, bütün nazirləri dəvət etmişik. Hələlik cavab yoxdur. Hesab edirəm ki, bu həftə, uzağı gələn həftənin əvvəlində toplantıda kimlərin iştirak edəcəyi məlum olacaq”.

Nazir müavini qeyd edib ki, Qara Dəniz Əməkdaşlıq Təşkilatı xarici işlər nazirlərinin toplantısının formatı ikitərəfli görüşləri nəzərdə tutmur: “Bu, çoxtərəfli meydançadır. Lakin nazir Sergey Lavrov hər zaman öz həmkarları ilə danışıb, görüşməyə hazırdır. Güman edirəm ki, türkiyəli nazir toplantıda iştirak etsə, bizim nazirimizlə danışmaq istəyəcək. Belə imkan olacaq və biz heç kəsdən qaçmırıq, gizlənmirik, hər kəslə danışırıq, hər bir danışıqlar üçün hər kəsə açığıq”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
09.04.2020
Koronavirusdan ən çox bu ölkələr itki verir - SİYAHI
09.04.2020
Dünyada koronavirusa yoluxan və ölənlərin STATİSTİKASI
08.04.2020
Azərbaycanlı vəzifəli şəxs koronavirusa yoluxdu - VİDEO
08.04.2020
“Virusa yoluxan ilk 50 nəfər ya uzaq adaya aparılmalı, ya da öldürməliydi” - Professor
08.04.2020
Koronavirus xəstəsi qaçdı, tibb işçiləri qovdu və...- VİDEO