Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6560

Digər sorğular

BMT baş katibi Kubaya getdi

19:00  |    23 İyun 2016  |   E-mail  |  Çapa göndər

BMT baş katibi Pan Gi Mun Kubanın paytaxtı Havanaya gedib.

Səfəri zamanı Pan Gi Mun Kolumbiya hökuməti ilə inqilabçı silahlı qüvvələr arasında atəşkəs elan edilməsiylə bağlı ikitərəfli sazişin imzalanması mərasimində iştirak edəcək.

İmza mərasimində, həmçinin BMT Baş Assambleyasının 70-ci sessiyasının sədri Mogens Lyukketoft və BMT Təhlükəsizlik Şurasının iyun ayındakı sədri, Fransanın BMT-dəki daimi nümayəndəsi Fransua Dellatr iştirak edəcək.

Kolumbiyanın inqilabçı silahlı qüvvələri son 32 ay ərzində hökumətlə danışıqlar aparıb. Tərəflər yarım əsrdən artıq müddətdə davam edən və 250 min adamın ölümünə səbəb olmuş münaqişənin birdəfəlik yekunlaşdırılması üzrə ortaq məxrəcə gəlməyə çalışır.

Qeyd edək ki, daha əvvəl Pan Gi Mun Kolumbiyada sülh prosesinin təşviqində fəal iştiraklarına görə, Kuba və Norveç, eləcə də Çili və Venesuelanın rolunu alqışlamışdı.

BMT baş katibi Kubaya səfəri zamanı, həmçinin çoxsaylı ikitərəfli görüşlər keçirəcək.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.11.2019
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat nazirini qəbul edib
09.11.2019
"Həqiqi soyqırım ermənilər tərəfindən Xocalıda törədilib" - Çavuşoğlu
09.11.2019
Çavuşoğlu: "Türkiyə Azərbaycan, Azərbaycan isə Türkiyədir"
09.11.2019
Qardaş Türkiyənin tanınmışlarından Azərbaycana bayram təbriki - VİDEO
08.11.2019
Azərbaycan XİN İrana başsağlığı verib