Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6991

Digər sorğular

Savçenkonu Ukrayna qəhrəmanı adından məhrum etmək istəyirlər

17:28  |    23 İyun 2016  |   E-mail  |  Çapa göndər

Ukryana prezidenti Petr Poroşenkonun rəsmi saytında Ali Radanın deputatı Nadejda Savçenkonu Ukrayna qəhrəmanı adından məhrum etmək xahişi ilə petisiya peyda olub. Müraciət iyunun 22-də dərc edilib.

Oxu.az-ın xəbərinə görə, müraciətin təşəbbüskarı yazıb ki, Savçenko Rusiya xüsusi xidmət orqanları tərəfindən fəaliyyətə cəlb edilib və “Ukraynaya buraxılıb”.

“Savçenko “DXR” və “LXR” yaraqlıları ilə birbaşa danışıqların aparılmasının, eləcə də Rusiyaya qarşı sanskiyaların ləğv edilməsinin lazım olduğunu bəyan edib. Bu nədir cənab prezident? Bu insan Ukraynanın qəhrəmanı adını daşıyır?”, - petisiyanın müəllifi dövlət baçısına müraciət edib.

İndiyə qədər müraciəti 6 nəfər dəstəkləyib (25 min imza tələb olunur).

Daha əvvəl, iyunun 22-də Savçenko bəyan edib ki, Rusiyaya qarşı iqtisadi sanksiyalar tədricən ləğv olunmalıdır. Belə ki, bu məhdudiyyətlərdən “Rusiyada olduğu kimi, Avropada da sadə insanlar əziyyət çəkir”.

İyunun 7-də isə o, qondarma Donesk və Luqansk xalq respublikalarının rəhbərləri ilə birbaşa danışıqların aparılmasını təklif edib.

Xatırladaq ki, Poroşenko hərbçini Ukrayna Milli qəhrəmanı adı ilə 2015-ci ilin mart ayında təltif edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.08.2020
Serbiya Prezidenti: "Biz Azərbaycana on dəfə çox silah satmışıq"
03.08.2020
Rusiyadan COVID-19 peyvəndiylə bağlı növbəti açıqlama
03.08.2020
Ərdoğan çıxış edərkən canlı yayımda olduğunu unutdu, işçiyə baxıb... - VİDEO
03.08.2020
Tramp “TikTok” rəhbərliyinə ultimatum verdi
03.08.2020
ABŞ və İsrail birgə müdafiə sistemi yaradır