Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6991

Digər sorğular

Ermənistan müxalifəti “Şuşa batalyonu”nun komandiri Jirayr Səfilyanın həbsinə etiraz edir

21:00  |    22 İyun 2016  |   E-mail  |  Çapa göndər

“Rejimsiz 100 il” hərəkatının rəhbəri Jirayr Səfilyan Dağlıq Qarabağ probleminin nizamnlanması məsələsində hakimiyyəti sərt tənqid etmək üstündə tutulub. Bu fikir Ermənistan müxalifətçiləri və hüquq mdafiəçilərinin ağzından yekdilliklə səslənir.

Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, Jirayr Səfilyan iyunun 20-də qanunsuz silah saxlamaq və daşımaq cinayətindən həbs edilib.

Erməni mətbuatının xəbərinə görə, Səfilyan özü haqqında səslənən ittihamları rədd edib və həbsini müxalifətçi fəaliyyəti ilə əlaqələndirib.


Səfilyanın hüquqlarını müdafiə edən vəkil Ara Zakaryan da onun siyasi baxışlarına görə həbs olunduğunu deyir.

Ara Zakaryan Səfilyanın ittihamları qəbul etmədiyini təsdiqləyib və cinayət işinin saxtalaşdırıldığını söyləyib.

“Yeni Ermənistan” partiyasının siyasi şurasının üzvü Varujan Avetisyan da Səfilyanın həbsini onun Ermənistan iqtidarının Qarabağ danışıqlarında tutduğu mövqeyi tənqid etməsi ilə bağlayıb.

“Səfilyan iqtidarın Qarabağı təslim etmək siyasətini faş edirdi. Prezidentlərin Sankt-Peterburq görüşü ərəfəsində onu qəsdən təcrid etdilər. Bununla iqtidar torpaqları satmağa hazır olduğunu göstərib”, - deyə Varujan Avetisyan bildirib.

Ermənistan hüquq müdafiəçisi Janna Aleksanyan da Avetisyan kimi düşünür.

Onun fikrincə, Səfilyanın həbsi Qarabağ danışıqları ilə bağlıdır. “Səfilyan yeganə olaraq apreldə itirilən torpaqların qaytarılmasından danışıb. Onun fəlaiyyəti torpaqları təslim etməyə hazırlaşan iqtidara olduqca mane olurdu. Bu səbəbdən iqtidar və ona yaxın KİV orqanları onu ləkələməyə çalışırlar”, - deyə Aleksanyan bildirib.

Janna Aleksanyan Səfilyanın hələ 2006-cı ildə hakimiyyəti zorla devirmək ittihamı ilə həbs olunduğunu xatırladıb.

Səfilyanın həbsi ilə bağlı digər partiyalar və ictimai təşkilatlar bəyanat veriblər.

“Səfilyanın həbsi onun Qarabağ münaqişəsinin Madrid prinsipləri əsasında nizamlanmasına qarşı barışmaz mövqeyi ilə əlaqədardır”, - deyə "Miras” partiyasının verdiyi bəyanatında bildirilir.

“Sankt-Peterburqda üçtərəfli görüş günündə Jirayr Səfilyanı həbs etməklə iqtidar ictimaiyyətə çatdırdı ki, onun (icitmaiyyətin-red.) ölkənin taleyüklü qərarlarının qəbul edilməsində iştirak hüququ yoxdur. Hakimiyyət bununla əlaqədar ərazi güzəştləri məsələsində istənilən itaətsizliyin qarşısını alacağına beynəlxalq birliyi inandırmaq istəyir” deyə “Erməni renessansı” ictimai təşkilatının bəyanatında bildirilir.

“Qalx ayağa, Ermənistan!” hərəkatının bəyanatında bildirilir ki, “Ermənistan hakimiyyəti Səfilyanı həbs etməklə “ərazi güzəştləri” haqqında sazişin gerçəkləşdirilməsi üçün dövlət resursundan istifadə etməyə hazır olduğunu göstərib”.

Erməni mətbuatının fikrincə, artıq yeni mövqelər əldə etmiş Azərbaycana sərf edən yeni, status-kvonun yarandığını qeyd etmək olar.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.08.2020
Serbiya Prezidenti: "Biz Azərbaycana on dəfə çox silah satmışıq"
03.08.2020
Rusiyadan COVID-19 peyvəndiylə bağlı növbəti açıqlama
03.08.2020
Ərdoğan çıxış edərkən canlı yayımda olduğunu unutdu, işçiyə baxıb... - VİDEO
03.08.2020
Tramp “TikTok” rəhbərliyinə ultimatum verdi
03.08.2020
ABŞ və İsrail birgə müdafiə sistemi yaradır