Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

Yaponiyada ABŞ əleyhinə aksiya keçirilir

18:03  |    19 İyun 2016  |   E-mail  |  Çapa göndər


Bu gün Yaponiyanın Okinava adasında ABŞ əleyhinə son 20 ildə ən böyük aksiyalardan biri keçirilir.

Qaziler.az bildirir ki, APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, minlərlə insanın iştirak etdiyi bu aksiya ABŞ-ın Okinava adasının digər hissəsində hərbi baza yerləşdirmək planını təhlükə altında qoyur.

Sonuncu dəfə Okinava adasında belə böyük aksiya 20 il əvvəl 3 amerikalı hərbçinin 12 yaşlı yapon qızı zorlamasından sonra keçirilib. Aksiyalardan sonra ABŞ və Yaponiya Futenma hərbi bazasının Okinavada əhalinin sıx yaşadığı rayondan adanın digər hissəsinə köçürülməsi barədə razılıq əldə edib. Lakin bu plan hələ də həyata keçirilməyib.

Okinavada amerikalı hərbçilər əleyhinə hər il aksiya keçirilir. Bu il isə adada amerikalı hərbçilərin iştirak etdiyi iki böyük insident yaşanıb. Bu ilin mayında Yaponiya polisi 20 yaşlı Rina Simabururo adlı yapon qızı öldürməkdə şübhəli sayılan 32 yaşlı amerikalı Kennet Franklini həbs edib. Bundan sonra sərxoş amerikalı zabitin idarə etdiyi avtomobil qəzaya yol açıb.

Hazırda Okinava adasında ABŞ hərbi bazasındakı 30 min hərbçi də daxil olmaqla, 50 min amerikalı var. Bu ada 1972-ci ilə qədər ABŞ-ın işğalı altında olub, indi də adanın 20 faizi amerikalı hərbçilərin nəzarətindədir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.09.2019
Türkiyə, Rusiya və İran prezidentlərinin Ankarada Suriya Zirvə görüşü keçirilib - VİDEO
16.09.2019
Həsən Ruhani Ermənistana səfər edəcək
16.09.2019
Türk nazirin idarə etdiyi təyyarədə 8 nasist bayrağı – Şok səbəb
15.09.2019
Ehud Barak: "Netanyahu yenidən baş nazir seçilsə..."
15.09.2019
İran XİN ABŞ dövlət katibini yalan danışmaqda ittiham edib