Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

ABŞ Dövlət Departamentinin əməkdaşları Obamanı Əsəd rejimini devirməyə çağırdı

17:00  |    17 İyun 2016  |   E-mail  |  Çapa göndər

ABŞ Dövlət Departamentinin 50-dən çox əməkdaşı Obama administrasiyasının Suriyadakı siyasətini kəskin tənqid edən daxili memorandum imzalayıblar. Sənədin məzmunu “Wall Street Journal” və “New York Times” qəzetlərinə məlum olub.


Bəyanatda deyilir ki, ABŞ Suriya hakimiyyəti tərəfindən atəşkəs rejiminin mütəmadi pozulmasının qarşısını almaq üçün Bəşər Əsəd rejiminə qarşı hərbi əməliyyatlara başlamalıdır.

Memorandumun müəllifləri hesab edirlər ki, "Əsədin hakimiyyətdən sui-istifadəsinin dayandırılmaması yalnız özünü “İslam Dövləti” adlandıran qruplaşmalar kimi qrupları ideoloji cəhətdən möhkəmləndirəcək, baxmayaraq ki, İŞİD döyüş meydanında taktiki uğursuzluğa uğrayır".

Dövlət Departamentinin nümayəndəsi belə bir memorandumun alınması faktını etiraf edib, lakin onun məzmununa şərh verməkdən imtina edib.

BBC-nin Vaşinqtondakı müxbiri Barbara Plettin memorandumu görmüş məmurla söhbətindən aydın olur ki, memorandumun müəlliflərini belə bir sənədin hazırlanmasına "hazırkı status-kvonu saxlamağın mümkün olmaması" vadar edib.

Onlar hesab edirlər ki, Amerika tərəfindən hərbi zərbələr bardə real təhlükəni dərk etmədən Əsədin üsyançılar ilə ciddi danışıqlar aparmağa heç bir stimulu olmayacaq.

Çərşənbə günü ABŞ-ın dövlət katibi Con Kerri Suriya üzrə bütün hərbi əməliyyatların intensivliyinin azalmasına baxmayaraq, Hələbə hücumun davam etdirilməsində Suriya hakimiyyəti ittiham edib.

Moskvanın Dəməşqə göstərdiyi dəstəyi şərh edərkən cənab Kerri deyib ki, Rusiya başa düşməlidir ki, ABŞ-ın səbri sonsuz deyil.

Bundan az sonra Rusiya müdafiə nazirliyi Hələbdə əldə olunmuş 48 saatlıq "sükut rejimi”nin Rusiyanın köməyi ilə əldə olunduğunu elan edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.09.2019
Türkiyə, Rusiya və İran prezidentlərinin Ankarada Suriya Zirvə görüşü keçirilib - VİDEO
16.09.2019
Həsən Ruhani Ermənistana səfər edəcək
16.09.2019
Türk nazirin idarə etdiyi təyyarədə 8 nasist bayrağı – Şok səbəb
15.09.2019
Ehud Barak: "Netanyahu yenidən baş nazir seçilsə..."
15.09.2019
İran XİN ABŞ dövlət katibini yalan danışmaqda ittiham edib