Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

Avro 2016 zorakılığı: 36 nəfər həbs olunub

15:27  |    16 İyun 2016  |   E-mail  |  Çapa göndər

Avro 2016 turniri çərçivəsində Lille-də Fransa polisi ilə futbol fanatları arasında baş verən təkrar toqquşmada azı 36 nəfər həbs olunub.

Fransa polisi deyib ki, həbslər çərşənbə günü boyunca aparılıb və 16 nəfər xəstəxanaya yerləşdirilib.

Çərşənbə günü gecəsi fişəng yandıran yüzlərlə İngilis futbol fanatlarının üzərinə xüsusi polis qüvvələri yeridilib.

BBC müxbiri James Reevell deyir ki, polislər gözyaşardıcı qazdan çox istifadə edib və cəlb olunanlar əsasən İngilis fanatları olub.

Bir müddət əvvəl, bəzi İngilis və Rusiya fanatları qarşıdurmadan sonra saxlanılıb.

Image captionPolis iğtişaşı dayandırmaq üçün gözyaşardıcı qazdan istifadə edib

Image captionÇərşənbə günü Fransa polisi ilə fanatlar arasında yenidən qarşıdurma yaranıb
İngiltərə və Wales-dən olan dəstəkçilər cümə axşamı Lens yaxınlığında keçiriləcək komanda oyununu izləmək üçün şəhərə gəlib.

Çərşənbə günü Stade Pierre-Mauroy şəhərində keçirilən komanda oyunundan sonra Rusiya və Slovakiya fanatları da Lille şəhərindədir.

Lille-də olan ingiltərəli fanat Oliver Larkworthy, dəmiryol stansiyası yaxınlığında polisin gözyaşardıcı qazına tuş gəlib.

"Mən küçənin aşağısına doğru hərəkət edən izdiham gördüm- orda İngiltərə, Slovakiya və daha çox yerli fanatlar var idi", o deyir.

"Orda stansiyanın ətrafında dayanıb sadəcə problem yaratmağı gözləyən çoxlu sayda qəzəbli Rusiya fanatları var. Bütün bunlar isə fəlakətin baş verməsini gözləyir. Bu sanki istənilən vaxt partlamağa hazır olan barıt çəlləyi kimidir."

Şənbə günü Rusiya fanatlarının İngiltərə fanatları üzərinə hücum etməsi səbəbindən Rusiya futbol komandası turnirdən şərti diskvalifikasiya edilib.

Image captionToqquşmalar ilk əvvəl Lillie dəmiryol stansiyası yaxınlığında baş verib

Image captionÇərşənbə günündən şəhərdə spirtli içki satışı dayandırılsa da bəzi kiçik supermarketlər satışı davam etdirib

Image captionGecə saatlarında İngiltərə fanatları küçələrdə fişənglər yandırıblar
UEFA həmçinin fanatlar tərəfindən zorakılıq olacağı halda İngiltərəni də Euro 2016-dan diskvalifikasiya etməsi ilə hədələyib.

20-41 yaş arası 6 İngiltərə fanatı, İngiltərə-Rusiya oyunu ətrafında iğtişaş yaratdığına görə bir aydan üç aya qədər həbs cəzası alıb.

Nord-Pas-de-Calais Picardy regionunun məmuru Michel Lalande deyib ki, spirtli içki qəbulu mərkəzi Lille və stadionun bəzi hissələrində qadağan olunub.

Şəhərdə spirtli içki satan mağazalar çərşənbə axşamından, yerli vaxtla 18:00-dan etibarən bağlanıb və cümə günü yerli vaxtla saat 06:00-da açılacaq, o deyib.

Buna baxmayaraq, Lille-də olan BBC-dən Geraint Owen deyir ki, çərşənbə günü günorta saatlarında kiçik supermarketlər hələ də spirtli içki satırdı və içki küçədə aşkar şəkildə qəbul olunurdu.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.09.2019
Türkiyə, Rusiya və İran prezidentlərinin Ankarada Suriya Zirvə görüşü keçirilib - VİDEO
16.09.2019
Həsən Ruhani Ermənistana səfər edəcək
16.09.2019
Türk nazirin idarə etdiyi təyyarədə 8 nasist bayrağı – Şok səbəb
15.09.2019
Ehud Barak: "Netanyahu yenidən baş nazir seçilsə..."
15.09.2019
İran XİN ABŞ dövlət katibini yalan danışmaqda ittiham edib