Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6941

Digər sorğular

Amerikada gey barda qətliam törədən terrorçu ilə bağlı ŞOK İDDİA

19:00  |    14 İyun 2016  |   E-mail  |  Çapa göndər

Bazar günü ABŞ-ın Mayami ştatının ən böyük şəhərlərindən olan Orlandoda geylərin toplaşdığı bara silahlı hücum edərək, 50 nəfərin ölümünə 53 nəfərin isə yaralanmasına səbəb olan əfqan əsilli terrorçu Ömər Mətinlə bağlı maraqlı iddia ortaya atılıb.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, terrorçunun keçmiş həyat yoldaşı Sitora Yusufiynin braziliyalı nişanlısı Marcio Dias Ö.Mətinin özünün də gey olduğunu iddia edib.

Braziliya televiziyasına açıqlama verən Dias bu haqda ona nişanlısı Sitoranın dediyini bildirib: “Sitora mənə Ömər Mətinin homoseksual meyllərinin olduğunu deyib. Atası da oğluna bir neçə dəfə “geysən” ifadəsini işlədib”.

Dias Mətinin keçmiş xanımının hər hansı bir terror təşkilatına üzv olmadığını bildirib.

Qeyd edək ki, Sitora Yusifiy Ömərdən ona şiddət tətbiq etdiyi üçün 2011-ci ildə ayrılıb.

“Orlando Sentinel” qəzetində isə Mətinin hücum təşkil etdiyi homoseksual kluba əvvələr də bir neçə dəfə getdiyini deyib.

Gecə klubunun Ty Smis adlı üzvü qəzetə açıqlamasında qətliamdan əvvəl Mətini məkanda dəfələrlə gördüyünü etiraf edib: “Bəzən gəlib bir küncdə əyləşərdi və təkbaşına bir şey içərdi. Hərdən də sərxoş olub səs-küy salar, əsəbiləşərdi”.

Gecə klubunda “ Kristian McLaughtin" adıyla çıxış edən ifaçı Chris Callen də Ömərin ən az üç ildir bu məkana gəlib getdiyini deyib.

Klubun müştərilərindən olan Kevin Uest isə “Los Ancels Times”a açıqlamasında Mətinin bir neçə dəfə klubda gerçəkləşdirilən homoseksual partilərdə onunla görüşmək üçün xəbər yolladığını bildirib: “Onunla heç görüşməmişəm, amma hücumdan təxminən bir saat əvvəl gecə klubunun ətrafında onu görmüşdüm”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.07.2020
Neftin qiyməti 43 dolları ötdü
02.07.2020
Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında yenidən yanğın törədib
01.07.2020
Benzinin qiymətinin artması ölkənin yanacaq balansına təsir etməyəcək - TƏHLİL
01.07.2020
Dolların sabaha olan məzənnəsi
01.07.2020
Azərbaycanla Türkiyə arasında Preferensial Ticarət Sazişi təsdiqləndi