Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6941

Digər sorğular

Sumqayıt Kimya Sənaye Parkında yeni zavodun tikintisinə başlanılıb

00:42  |    14 İyun 2016  |   E-mail  |  Çapa göndər


Ölkənin ilk və ən iri sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən tikinti-quraşdırma işləri intensiv şəkildə davam etdirilir.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sənaye parkının rezidenti olan Bakı Əlvan Metallar və Ferroərintilər Şirkəti parkın ərazisində ferrosilisium və ferrosilikomanqan istehsal edəcək zavodun tikintisinə başlayıb. Zavodda ildə 20 min ton ferrosilisium və 36 min ton ferrosilikomanqan istehsalı nəzərdə tutulur. Müasir avadanlıqlar və texnologiyalarla təchiz ediləcək zavodda 150-yə yaxın yerli mütəxəssisin işlə təmin olunması nəzərdə tutulur. Zavodda istehsal olunacaq məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, xarici ölkələrə də ixrac olunacaq. Zavodun 2017-ci ilin ikinci yarısında fəaliyyətə başlayacağı gözlənilir.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının hazırda 7 rezidenti var. Sənaye parkının rezidentləri 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, həmçinin idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə əlavə dəyər vergisindən və gömrük rüsumundan azad olunurlar.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.07.2020
Neftin qiyməti 43 dolları ötdü
02.07.2020
Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında yenidən yanğın törədib
01.07.2020
Benzinin qiymətinin artması ölkənin yanacaq balansına təsir etməyəcək - TƏHLİL
01.07.2020
Dolların sabaha olan məzənnəsi
01.07.2020
Azərbaycanla Türkiyə arasında Preferensial Ticarət Sazişi təsdiqləndi