Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6900

Digər sorğular

“Formula-1” Avropa Qran-prisinə hazırlıq işləri başa çatmaq üzrədir

00:19  |    14 İyun 2016  |   E-mail  |  Çapa göndər


İyunun 13-də mətbuat nümayəndələrinin “Formula-1” Avropa Qran-prisinin Hökumət evinin qarşısında yerləşən Paddok ərazisinə məlumat turu təşkil olunub.

Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, media nümayəndələri burada yaradılmış şəraitlə yaxından tanış olublar.

“Formula-1” Avropa Qran-prisinin sınaq yarışlarına iki gün qaldığını bildirən “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin yarış obyektinin tikintisi üzrə rəhbəri Tom Butçer heyətlərin formalaşdığını, tikintinin isə başa çatmaq üzrə olduğunu diqqətə çatdırıb.

Qeyd edib ki, bu gün axşamdan etibarən trek ərazisindəki yollar bağlanacaq. Çünki səki kənarındakı bütün tikintilər tamamlanmalıdır. Təxminən 83 yerdə yol hərəkətinin bağlanması ilə əlaqədar işlərin yekunlaşdırılması nəzərdə tutulur. 87-47 nömrəli avtomobil sabah səhər Avropa Qran-prisində iştirak edəcək yarış maşınlarını əraziyə gətirəcək. Bəzi heyətlər artıq şəhərdədir. Digərləri isə sabah gələcəklər. Ümumiyyətlə, hazırlıq işləri planımıza uyğun qaydada, vaxta tam riayət etməklə tamamlanmağa doğru gedir. Heyətlər tam gəldikdə hazırlığımız yekunlaşacaq. Artıq Bakıda olan heyətlər burada gözlədiklərindən də mükəmməl şəraitlə üzləşdiklərini bildiriblər.

T.Butçer deyib: “Bakı öz hazırlığını bütün dünyaya göstərir. Görək, dünya Bakının ona təklif etdiyini qəbul etməyə hazırdır, ya yox? Hamıda xahiş edirəm ki, yarışlara gəlsin, yürüş zamanı ölkəsini, şəhərini və bu layihəni dəstəkləsin. Trasın sonuncu yoxlanışı iyunun 15-də Beynəlxalq Avtomobil Federasiyasının nümayəndələri tərəfindən aparılacaq. Bundan sonra tras yarışa tam hazır olacaq”.

Sonra media nümayəndələri “Abşeron” tribunasında yaradılan şəraitlə tanış olublar.

Məlumat verilib ki, bu tribuna yarışın start və finiş xəttinin yaxınlığında yerləşir. Azarkeşlər idmançıların mükafatlandırılması mərasimini buradan aydın izləyə biləcəklər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.06.2020
Ronaldu ilk milyarder futbolçu oldu
05.06.2020
Azərbaycanın yarım milyonunu mənimsəyib
29.05.2020
Operativ Qərargah idman zallarının açılmamasına aydınlıq gətirib
29.05.2020
Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verildi, amma...
27.05.2020
Ukrayna çempionu intihar etdi