Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6900

Digər sorğular

Azərbaycan G20 çərçivəsində növbəti toplantıda iştirak edəcək

15:30  |    25 Mart 2015  |   E-mail  |  Çapa göndər

1 dekabr 2014 – 30 noyabr 2015-ci il tarixlərini əhatə edəcək Türkiyənin G20 sədrliyi çərçivəsində Azərbaycan Respublikası G20 platformasında təşkil ediləcək bütün tədbirlərdə tamhüquqlu üzv kimi iştirak etməyə dəvət edilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, G20 platformasında müzakirələr şerpa (dövlət və hökumət başçılarının xüsusi nümayəndələri) və maliyyə istiqaməti üzrə aparılır. Ölkəmizdə maliyyə istiqaməti üzrə əlaqələndirmə Maliyyə Nazirliyi, şerpa istiqaməti üzrə əlaqələndirmə isə Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilir.

2015-ci ilin 26-27 mart tarixlərdə Türkiyənin İzmir şəhərində şerpa istiqaməti üzrə ikinci toplantı keçiriləcəkdir. Toplantıda xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev iştirak edəcəkdir. Həmçinin, İqtisadiyyat və sənaye, Əmək və əhalinin sosial müdafiəsi, Energetika nazirlikləri və Baş prokurorluğun əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil olunacaqdır.

Toplantıda G20 gündəliyi üzrə qlobal iqtisadiyyat, maliyyə tənzimlənməsi, vergi, məşğulluq, ticarət, anti-korrupsiya, inkişaf və enerji məsələləri müzakirə ediləcəkdir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.06.2020
Prezident İlham Əliyev İsveç Kralını təbrik edib
04.06.2020
Rusiya XİN: "Qarabağ probleminin həlli çox uzandı"
04.06.2020
Paşinyanı istefa verməyə çağırdılar
03.06.2020
“Ya daha ciddi olmalısınız, ya da tarix sizi bağışlamayacaq...”
03.06.2020
Sergey Markov: “Nikol Paşinyan Azərbaycandan hərbi əməliyyatlara başlamağı xahiş edir” - MÜSAHİBƏ