Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6712

Digər sorğular

Almaniyada möhtəşəm Novruz gecəsi keçirilib

15:40  |    25 Mart 2015  |   E-mail  |  Çapa göndər

Alman Azərbaycan Mədəniyyət Evinin təşkilatı dəstəyi ilə Almaniyanın Köln şəhərində möhtəşəm Novruz gecəsi keçirilib.Trend-in məlumatına görə, gecədə 800-ə yaxın soydaşımızın iştirakı ilə yanaşı Türkiyə diasporasının fəalları, Almaniyada yaşayan başqa icmaların nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Alman Azərbaycan Mədəniyyət Evinin sədri Ağa Ağayev bütün iştirakçıları salamlayaraq Novruzun xalqımız üçün əlamətdar bir bayram olduğunu qeyd edib.

O bildirib ki, xalqımızın övladlar bu bayramı hər zaman harada yaşamalarından asılı olmayaraq böyük təntənə və sevinclə qeyd edirlər: “Alman Azərbaycan Mədəniyyət evidə hər il olduğu kimi bu ildə vətəndən uzaqda yaşayan soydaşlarımızın bu bayramı Azərbaycan abu havasında keçirmələri üçün əlindən gələni əsirgəməmişdir”.

Daha sonra tədbir Azərbaycandan dəvət olunmuş estrada müğənnilərinin və həmçinin Almaniyada fəaliyyət göstərən musiqiçilərimizin maraqlı çıxışları ilə davam etdirilib.

Qeyd edək ki, bu tədbirə Hollandiya, Avstriya, Belçika və İngiltərədən yaşayan soydaşlarımız da qatılıblar.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.02.2020
“Nə Xan Şuşinskinin, nə də Üzeyir bəyin əsərlərini çörəyə bağlamaq mümkün deyil...”
12.02.2020
Moskvada Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsert keçiriləcək
11.02.2020
Bakılı rejissorun Oskar mükafatı qazanmış filminin premyerasından 40 il ötür
04.02.2020
Xalq artisti səhhətindən danışdı: “90 yaşlı adam necə olar?”
04.02.2020
Polad Bülbüloğlu: “Qələbə marşını özüm yazacağam”