Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6900

Digər sorğular

UEFA Rusiya və İngiltərəyə xəbərdarlıq edib

02:26  |    13 İyun 2016  |   E-mail  |  Çapa göndər


Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Fransada keçirilən futbol üzrə Avropa çempionatında iştirak edən Rusiya və İngiltərəyə xəbərdarlıq edib.

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Fransada keçirilən futbol üzrə Avropa çempionatında iştirak edən Rusiya və İngiltərəyə xəbərdarlıq edib.

APA-nın məlumatına görə, UEFA-nın saytında yerləşdirilən xəbərdarlıqda qeyd edilib ki, əgər Rusiya və İngiltərə yığma komandalarının azarkeşləri yenə kütləvi iğtişaşlarda iştirak etsə, bu komandalar Avropa çempionatından kənarlaşdırıla bilər.

UEFA artıq mümkün sanksiyalar barədə Rusiya Futbol Federasiyasını və İngiltərə Futbol Assosiasiyasını məlumatlandırıb.

Qeyd edək ki, Avropa çempionatında B qrupunda keçirilən ilk turda Rusiya və İngiltərə yığmaları arasında oyun 1:1 hesabı ilə başa çatıb. Oyun başa çatandan sonra 30 rusiyalı azarkeş ingilis azarkeşlərə hücum çəkib, onların əllərindəki bayraqları cırmağa çalışıblar. Şəhərdə də azarkeşlər arasında toqquşma qeydə alınıb. Olaylar zamanı 31 nəfər xəsarət alıb. Bununla bağlı UEFA Rusiyaya münasibətdə iş açıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.06.2020
Ronaldu ilk milyarder futbolçu oldu
05.06.2020
Azərbaycanın yarım milyonunu mənimsəyib
29.05.2020
Operativ Qərargah idman zallarının açılmamasına aydınlıq gətirib
29.05.2020
Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verildi, amma...
27.05.2020
Ukrayna çempionu intihar etdi