Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6573

Digər sorğular

“Societe Generale“: “Avro-2016“ ilə tərəfdaşlıq SOCAR-ın səhmlərini bahalaşdıracaq

14:43  |    11 İyun 2016  |   E-mail  |  Çapa göndər

"Societe Generale" bankı Fransada keçirilən futbol üzrə Avropa çempionatı ilə ("Avro-2016") tərəfdaşlıq nəticəsində səhmləri bahalaşacaq şirkətlərin siyahısını dərc edib.

Qaziler.az bildirir ki, "APA-Economics" xəbər verir ki, bank tərəfdaşlardan ibarət "futbol komandası" düzəldib. Bank 11 şirkətin adını "əsas heyət"ə, 12-nin isə "ehtiyyat"a salıb.

Əsas heyətdə "Ryanair", “EasyJet" i "Air France-KLM" aviadaşıyıcıları, Britaniyanın ITV yayım korporasiyası, pivə istehsalçıları olan "Carlsberg" və "Heineken", Britaniyanın "Paddy Power" bukmeker kontoru, "Adidas" geyim firması, Fransanın tikinti şirkətləri olan "Vinci" və "Eiffage", "AccorHotels" şəbəkəsi yer alıb.

"Ehtiyat heyət"də isə "Coca-Cola", "Eurotunnel", Fransanın TF1 telekanalı, "Kering" ("Brioni" və "Gucci" kimi brendlərin sahibi") firması, Çinin "Hisense" elektrik cihazlar istehsalçısı, "Turkish Airlines" aviadaşıyıcısı və SOCAR, o cümlədən bir sıra fransız şirkətləri var.

Ümumilikdə, "Avro-2016" UEFA tərəfindən indiyədək təşkil olunan ən gəlirli turnir kimi tarixə düşəcək.

"Bloomberg" agentliyinin hesablamalarına əsasən çempionat təşkilatçılarının gəliri təxminən 2 mlrd. avro təşkil edəcək ki, bu da 2012-ci ildə keçirilən Avropa çempionatının analoji göstəricisindən 600 min avro çoxdur.

Bildirilir ki, təşkilatçılar teletranslyasiya hüquqlarının satışından 1 mlrd. avro (2012-ci illə müqayisədə 25% çox), sponsorlardan isə 450 mln. avro (40% çox) gəlir əldə edəcəklər. Gəlirin qalan hissəsi 2,5 mln. ədəd biletin satışından əldə olunacaq.

Qeyd edək ki, çempionatın sponsorlarından biri də SOCAR-dır. Lakin SOCAR-ın turnirin təşkilatçılarına sponsorluq üçün hansı məbləği ödədiyi açıqlanmır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.11.2019
Lerikin üç kəndinə qaz verilib
15.11.2019
“Azəriqaz”: “Smart-kart” sayğaclarından imtina edilməyib
08.11.2019
Nazirdən şad xəbər: Bu məhsullar ƏDV-dən azad olunacaq
07.11.2019
Pirşağıda 120 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb
06.11.2019
Bir qrup neftçi təltif edilib - SƏRƏNCAM