Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6570

Digər sorğular

JP Morgan-ı talayıb pulları Azərbaycana transfer edən kiber-quldurun işi

17:00  |    10 İyun 2016  |   E-mail  |  Çapa göndər

Tarixin ən böyük kiber-quldurluq əməliyyatını həyata keçirib ABŞ-ın nüfuzlu maliyyə təsisatlarının, o cümlədən JP Morgan bankını talayan İsrail vətəndaşı Geri Şalon Nyu Yorka ekstradisiya olunub və məhkəmə qarşısında dayanıb. Virtualaz.org xəbər verir ki, Nyu York məhkəməsində keçirilən proses zamanı o, irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilməyib.

Geri Şalon bu misilsiz kibercinayəti həyata keçirən və müştərilərin məlumatlarını oğurlayıb onların bank hesablarını talayan, habelə qeyri-leqal internet-kazino təşkil edən, birja maxinasiyaları həyata keçirib yüz milyonlarla dollar əldə edən mütəşəkkil cinayətkar qruplaşmanın əsas üzvlərindən biridir. ABŞ prokurorluğu qruplaşmaya dünyanın bir neçə ölkəsindən yüzlərlə cinayətkarın daxil olduğunu bildirir.

İstintaq sənədlərinə əsasən qruplaşmanın dünyanın ondan çox ölkəsində haker qrupları fəaliyyət göstərib. Qanunsuz əməliyyatlardan əldə edilən vəsait Kipr, Azərbaycan və İsveçrə banklarına transfer edilib, oradan leqallaşdırılıb.
Qruplaşma 2012-ci ildən 2015-ci ilin ortalarına qədər bank müştərilərini və brokerləri soyaraq pulları saxta adlarla açdıqları hesablara köçürüblər. Prokurorlar bildirir ki, cinayətkarlar pulları yumaq üçün dünyanın hər yerində 75 şirkətdən, bank hesablarından və broker şirkətlərindən istifadə ediblər. Cinayətkarların əməllərinə habelə qiymətli kağızlarla dələduzluq da daxildir.

Şalon və qruplaşmanın liderlərindən Ziv Orenşteyn bu ilin iyul ayında İsraildə həbs olunublar. İttiham aktının daha geniş təfərrüatları hələ məlum olmadığından yüz milyonlarla dolları ələ keçirən beynəlxalq şəbəkənin Azərbaycanda hansı bankdan istifadə etdikləri məlum deyil.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.11.2019
Lerikin üç kəndinə qaz verilib
15.11.2019
“Azəriqaz”: “Smart-kart” sayğaclarından imtina edilməyib
08.11.2019
Nazirdən şad xəbər: Bu məhsullar ƏDV-dən azad olunacaq
07.11.2019
Pirşağıda 120 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb
06.11.2019
Bir qrup neftçi təltif edilib - SƏRƏNCAM