Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6900

Digər sorğular

Azərbaycan çempionu “Fənərbaxça“ ilə eyni qrupda!

15:35  |    10 İyun 2016  |   E-mail  |  Çapa göndər

Qadın voleybolçular arasında Çempionlar Liqasının 2016/2017 mövsümünün püşkü atılıb. Lent.az-ın apasport.az saytına istinadən məlumatına görə, Romada baş tutan mərasimdə Azərbaycan klubları rəqibləri tanıyıb.


30 komandanın qatıldığı turnirə Bakı təmsilçiləri qrup mərhələsindən start verəcəklər. Ölkəmizin reytinqi yüksək olduğu üçün Azərbaycan çempionu “Azərreyl” I səbətdə yer alsa da, heç də zəif rəqiblərlə düşməyib. Püşk “dəmiryolçular”a Fransa çempionatında “Kann”ı məğlub edən “Sent-Rafael Var” klubunu və Türkiyənin vitse-çempionu “Fənərbaxça”nı qismət edib.

C qrupunda yer alan təmsilçimizin 4-cü rəqibi isə “Linamar” (Macarıstan), “Agel” (Çexiya), “Makkabi” (Hayfa, İsrail) və ya “Dabrova Qornitsa” (Polşa) klublarından biri olacaq. Çox güman ki, Polşa, yaxud Çexiya klubu qrupa yüksələcək.

Püşkatma zamanı Super Liqasının gümüş medalçısı “Telekom” isə 3-cü səbətdən çıxıb. Bu səbəbdən də onların “ölüm qrupu”nda yer aldığını söyləmək olar. Ötən ilki kimi A qrupunda yer alacaq “Telekom” Çempionlar Liqasında bürünc medalçısı, İtaliya çempionu “Konegliano” və Polşanın ən güclüsü “Ximik”lə mübarizə aparacaq. Bakı təmsilçisinin 2015/2016 mövsümündə polşalıları son turda məğlub edərək qrupda saxladığını nəzərə alsaq, bu görüşün daha gərgin keçəcəyini proqnozlaşdırmaq olar. Onların 4-cü rəqibi də zəif olmayacaq. Qrupa “Kalsit” (Sloveniya), “Modena” (İtaliya), “Bimal-Yedinstvo” (Bosniya və Herseqovina) və ya “Kann” (Fransa) klublarından biri də gələcək. Şübhəsiz ki, qrupa vəsiqə uğrunda mübarizə Fransa və İtaliya arasında gedəcək.

Oktyabrın 10-da start götürəcək Çempionlar Liqasının finalı isə aprelin 23-də təşkil olunacaq.

Qeyd edək ki, ilkin mərhələdə 4 komandadan 2-si, 2-ci və 3-cü təsnifat mərhələlərinin yekununa əsasən isə cəmi 4-ü qrupda oynamaq hüququ qazanacaq. Məğlub olacaq 14 klub isə CEV kubokunda mübarizəni davam etdirəcək.

Qrup mərhələsinə gəlincə, 4 qrupun qalibi, həmçinin 3 ən yaxşı 3-cü yerin sahibi pley-offa yüksələcək. Bundan sonra “Dördlər finalı”nın ev sahibinin adına aydınlıq gələcək, həmçinin 6 komanda ona rəqib olmaq üçün 3 cütə bölünəcək. Qaliblər yarımfinalda iştirak hüququ qazanacaqlar.


1-ci təsnifat mərhələsi
1. “Drita”* (Kosova) - “Maritsa”* (Bolqarıstan)
2. “Kohila”* (Estoniya) - “Luka”* (Monteneqro)

2-ci təsnifat mərhələsi
3. “Minçanka”* (Belarus) - “Hameenlinna”* (Finlandiya)
4. 1-ci cütün qalibi - “Əczaçıbaşı” (Türkiyə)
5. “Linamar”* (Macarıstan) - “Agel” (Çexiya)
6. “Makkabi”* (Hayfa, İsrail) - “Dabrova Qornitsa” (Polşa)
7. “Kalsit” (Sloveniya) - “Modena” (İtaliya)
8. “Bimal-Yedinstvo”* (Bosniya və Herseqovina) - “Kann” (Fransa)
9. 2-ci cütün qalibi - “Vizura” (Serbiya)
10. “Ximik”* (Ukrayna) - “Dinamo”* (Krasnodar, Rusiya)

3-cü təsnifat mərhələsi
11. 3-cü cütün qalibi – 4-cü cütün qalibi
12. 5-ci cütün qalibi – 6-cı cütün qalibi
13. 7-ci cütün qalibi – 8-ci cütün qalibi
14. 9-cu cütün qalibi – 10-cu cütün qalibi

Qrup mərhələsi
A qrupu: “Ximik” (Polşa), “Konegliano” (İtaliya), “Telekom” (Azərbaycan), 13-cü cütün qalibi
B qrupu: “Dinamo” (Moskva, Rusiya), “Volero” (İsveçrə), “Alba” (Rumıniya), 14-cü cütün qalibi
C qrupu: “Azərreyl” (Azərbaycan), “Sent-Rafael Var” (Fransa)*, “Fənərbaxça” (Türkiyə), 12-cü cütün qalibi
D qrupu: “VakıfBank” (Türkiyə), “Dresdner” (Almaniya), “Uralochka” (Rusiya), 11-ci cütün qalibi

Qeyd: * işarəsi ilə Çempionlar Liqasında debütantları fərqləndirilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.06.2020
Ronaldu ilk milyarder futbolçu oldu
05.06.2020
Azərbaycanın yarım milyonunu mənimsəyib
29.05.2020
Operativ Qərargah idman zallarının açılmamasına aydınlıq gətirib
29.05.2020
Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verildi, amma...
27.05.2020
Ukrayna çempionu intihar etdi