Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6573

Digər sorğular

Azərbaycanda icra orqanlarının elektron xidmətləri “ASAN xidmət indeksi” üzrə qiymətləndiriləcək

02:08  |    10 İyun 2016  |   E-mail  |  Çapa göndər


Azərbaycanda mərkəzi və yerli icra hakimiyyəti orqanları fəaliyyət istiqamətlərinə və səlahiyyətlərinə uyğun olaraq göstərdikləri elektron xidmətlər Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “ASAN xidmət indeksi” üzrə qiymətləndiriləcək.

Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərmanında əksini tapıb.

Dövlət Agentliyinə tapşırılıb ki, “ASAN xidmət indeksi”ni təşkil edən parametrləri rəhbər tutmaqla, Elektron Reyestrə daxil edilmiş xidmətlərin qiymətləndirilməsini həyata keçirsin. Bu parametrlərə xidmət barədə məlumatlandırma (xidmət üçün tələb olunan sənədlər və xidmət haqları barədə məlumatlandırma, sorğu xidmətinə edilən müraciətlərin cavablandırılma operativliyi və s.), xidmətə müraciət imkanları (elektron, poçt, birbaşa), xidmətin göstərilmə müddəti, xidmətin təşkilində istifadə edilən informasiya ehtiyatlarının elektronlaşdırılması və digər dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiyası, xidmətlərin təşkili ilə bağlı əməkdaşlara təlim keçilməsi, şikayət və nəzarət mexanizmləri və vətəndaş məmnunluğunun ölçülməsi mexanizmləri daxildir.

Dövlət Agentliyi eyni zamanda elektron Reyestrə daxil edilmiş hər bir xidmət üzrə “ASAN xidmət indeksi”nin Elektron Reyestrdə yerləşdirilməsini təmin etməli, dövlət xidmətlərinin “ASAN xidmət indeksi” üzrə qiymətləndirilməsi qaydalarını müəyyən etməlidir. Dövlət xidmətləri barədə məlumatlandırmanın vahid mənbədən həyata keçirilməsini və dövlət xidmətləri barədə məlumatların mütəmadi yenilənməsini təşkil etmək məqsədi ilə mərkəzi və yerli icra hakimiyyəti orqanları öz rəsmi internet informasiya ehtiyatlarında dövlət xidmətləri bölməsinin yaradılmasını, burada müvafiq dövlət xidmətləri barədə Elektron Reyestrdəki məlumatlara keçidin yerləşdirilməsini və elektron xidmətlərin həmin bölmədən həyata keçirilməsini 2016-cı il oktyabrın 1-dək təmin etməlidir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.11.2019
Lerikin üç kəndinə qaz verilib
15.11.2019
“Azəriqaz”: “Smart-kart” sayğaclarından imtina edilməyib
08.11.2019
Nazirdən şad xəbər: Bu məhsullar ƏDV-dən azad olunacaq
07.11.2019
Pirşağıda 120 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb
06.11.2019
Bir qrup neftçi təltif edilib - SƏRƏNCAM