Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6573

Digər sorğular

Z.Məmmədov “Rusiya Federasiyasının fəxri dəmiryolçusu“ oldu

02:29  |    09 İyun 2016  |   E-mail  |  Çapa göndər


Rusiyanın nəqliyyat naziri Maksim Sokolovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Qaziler.az Nəqliyyat Nazirliyinin saytına istinadən məlumat verir ki, nümayəndə heyətini qəbul edən Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Azərbaycanda son illər ərzində nəqliyyat-yol kompleksində görülmüş işlər barədə rusiyalı həmkarına ətraflı məlumat verib. Görüş zamanı Azərbaycan - Rusiya dövlət sərhədindən Samur (Azərbaycan Respublikası) - Yaraq-Qazmalar (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün tikintisi barədə müzakirələr aparılıb. Bu körpününü Azərbaycan və Rusiya arasında beynəlxalq avtomobil daşımalarını təmin edən nəqliyyat sisteminin əsas halqası olduğu vurğulanıb və qeyd edilib ki, yeni körpü keçidi iki ölkə arasında avtomobil daşımalarının asanlaşmasına, məntəqənin buraxılış qabiliyyətinin, eləcə də yükdaşımaların həcminin artmasına xidmət göstərəcək.

Görüşdə, həmçinin Rusiya ilə Azərbaycan arasında nəqliyyat əlaqələrinin mövcud vəziyyəti, dəniz limanları və avtomobil nəqliyyatı sahəsində əməkdaşlığın perspektivləri, həmçinin ikitərəfli əlaqələrin digər aspektləri və bu əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Rusiyanın nəqliyyat naziri M.Sokolov nəqliyyat naziri Z.Məmmədova "Rusiya Federasiyasının fəxri dəmiryolçusu" döş nişanını təqdim edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.11.2019
Lerikin üç kəndinə qaz verilib
15.11.2019
“Azəriqaz”: “Smart-kart” sayğaclarından imtina edilməyib
08.11.2019
Nazirdən şad xəbər: Bu məhsullar ƏDV-dən azad olunacaq
07.11.2019
Pirşağıda 120 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb
06.11.2019
Bir qrup neftçi təltif edilib - SƏRƏNCAM