Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6899

Digər sorğular

Azercell-dən açıqlama: “Tam gücümüzlə işləyirik“

22:58  |    07 İyun 2016  |   E-mail  |  Çapa göndər


"Azercell Telekom" MMC öz fəaliyyətini olduğu şəkildə tam gücü ilə davam etdirir.

Bunu Trend-ə Azercell-in korporativ ünsiyyət rəhbəri Nigar Şıxlinskaya bildirib.

O əlavə edib ki, ölkənin aparıcı mobil operatoru olan "Azercell Telekom" 4,5 milyonluq abunəçi ailəsinə ən yüksək səviyyədə mobil rabitə xidmətləri göstərir və 20 il ərzində olduğu kimi tam gücü ilə bazarda öz lider mövqeyini qoruyub saxlayır: "Hazırda Azercell Telekom-a qarşı davam edən heç bir təhqiqat işi mövcud deyil, İsveç prokurorluğu "Bloomberg" agentliyinin istinad etdiyi Azərbaycana dair təhqiqat işini bu yaxınlarda bağlı elan etdi".

N.Şıxlinskaya qeyd edib ki, bundan basqa, 1 iyun 2016-ci il tarixindən qüvvəyə minən "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, "Azercell Telekom" MMC-nin mövcud lisenziyaları qeyri-məhdud müddətə uzadılmış hesab edilir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.06.2020
Bakı ilə Kiyev arasında birbaşa uçuş həyata keçiriləcək
05.06.2020
Dolların iyunun 8-nə olan məzənnəsi açıqlanıb
05.06.2020
Ünvanlı sosial yardımda hansı yeniliklər olacaq?
03.06.2020
Maska taxmayanların ödəyəcəyi cərimələr bura xərclənəcək
02.06.2020
İyun ayı üçün 190 manatla bağlı qərar verildi