Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6900

Digər sorğular

ATV əməkdaşlarının döyülməsi ilə bağlı cinayət işi açıldı RƏSMİ MƏLUMAT - VİDEO - YENİLƏNİB

18:34  |    07 İyun 2016  |   E-mail  |  Çapa göndər

Baş Prokurorluq ATV telekanalının əməkdaşlarının təzyiqə məruz qalması faktı ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyunun 4-də jurnalistlərin Şamaxı rayonu ərazisində peşə fəaliyyətlərinin icrası zamanı döyülməsi, təhqir olunması və çəkiliş avadanlıqlarının sındırılması barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş materiallar rayon prokurorluğunda araşdırılıb.


Araşdırmalarla müəyyən edilib ki, Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin (ATV) cari ilin aprel ayından fəaliyyət göstərən “Yoxlama” layihəsinin həyata keçirilməsi ilə bağlı müqavilə əsasında layihə rəhbəri qismində cəlb edilmiş Azər İsmayılov və layihənin əməkdaşları - Elgün Bayramlı, Loğman İsmayılov, Poland Axundzadə, Arif Quliyev və İlqar Quliyev qeyd edilən tarixdə saat 20 radələrində Şamaxı rayonu ərazisində yerləşən “Şamaxı” restoranında çəkiliş apardıqları zaman restoranın müdiri Hüseyn Allahverdiyev və onun qardaşı oğlu Elşad Osmanov jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olmaqla onlara müxtəlif bədən xəsarətləri yetirib, zor tətbiq edərək ictimai qaydanı kobud surətdə pozan və vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə xuliqanlıq ediblər. Bundan başqa, hadisə zamanı şirkətə məxsus videokamera və mikrofon zədələnib.

Həmin faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 163.1 (Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma) və 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibb ekspertizaları təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

*****

6 iyun

Daxili İşlər Nazirliyi “Azad Azərbaycan” televiziya kanalının (ATV) əməkdaşlarının döyülməsi ilə bağlı rəsmi məlumat yayıb. Lent.az nazirliyə istinadən xəbər verir ki, iyunun 4-də saat 19 radələrində ATV-nin “Yoxlama” layihəsinin əməkdaşları - Azər İsmayılov, Elgün Bayramlı, Loğman İsmayılov, Arif Quliyev, İlqar Quliyev və Polad Axundzadə Şamaxı şəhərindəki “Şamaxı” yeməkxanasında çəkiliş apararkən oranın sahibi Hüseyn Allahverdiyev və qohumu Elşad Osmanovla onların arasında münaqişə baş verib.
Bu zaman H.Allahverdiyev və E.Osmanov ATV-nin əməkdaşlarını döyüb, habelə onlara məxsus videokameranı, səs qurğusunu və digər avadanlıqları sındırıb.
Toplanmış material rayon prokurorluğuna göndərilib.

******

10:22

ATV telekanalında yayımlanan “Yoxlama” verilişinin əməkdaşları fiziki hücuma məruz qalıblar.

Lent.az Axsam.az-a istinadən xəbər verir ki, çəkiliş heyəti verilişin növbəti buraxılışı üçün Şamaxıdakı restoranlardan birində olub.

Restoran sahibi aparıcı Azər İsmayılov və verilişin əməkdaşlarını təhqir edərək, onları məkandan zorla uzaqlaşdırıb.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.06.2020
Bakı ilə Kiyev arasında birbaşa uçuş həyata keçiriləcək
05.06.2020
Dolların iyunun 8-nə olan məzənnəsi açıqlanıb
05.06.2020
Ünvanlı sosial yardımda hansı yeniliklər olacaq?
03.06.2020
Maska taxmayanların ödəyəcəyi cərimələr bura xərclənəcək
02.06.2020
İyun ayı üçün 190 manatla bağlı qərar verildi