Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6898

Digər sorğular

Banklar kredit verilməsinin bərpasına başladı

18:53  |    06 İyun 2016  |   E-mail  |  Çapa göndər

Hazırda Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının təxminən yarısı kredit verir.

Virtualaz.org bildirir ki, banklar artıq məhdudiyyətlə olsa da manatla kreditləşmənin bərpasına başlayıblar.


Hazırda "Rabitəbank", "Accessbank", AFB Bank", "Kapital Bank", "Azər-Türk Bank", Atabank", "Bank of Baku", Bank Respublika", "Paşa Bank", "Unibank", "Bank Avrasiya", "Dəmirbank", "Parabank", Azərbaycan Beynəlxalq Bankı, Bank Nikoil", Bank BTB", "Caspian Development Bank" manatla kredit verilişini həyata keçirir.

Qeyd edək ki, "Rabitəbank" və "Parabank" lombard və depozit təminatı əsasında həm manatla, həm də dollarla kreditləşməni davam etrdirir.

"Azərbaycan Sənaye Bankı" və "Yapı Kredi Bank Azerbaijan" isə nağd pul krediti verməsə də, müştərilərə kredit kartı təklif edirlər. "Ziraat Bank Azerbaijan" hazırda ancaq biznes kreditləri verməklə məşğuldur.

"Xalqbank"da isə hazırda yalnız Sahibkarlığa Kömək Milli Fondunun və İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun xətti ilə verilən kreditlər aktivdir.

Qeyd edək ki, dollarla kreditlər əsasən biznes kreditləri və gəliri dollarla olan müştərilər üçün nəzərdə tutulub. "Bank Avrasiya" və "Bank Nikoil" dollar kreditlərini yalnız gəliri dollarla olanlara təklif edir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.06.2020
Bakı ilə Kiyev arasında birbaşa uçuş həyata keçiriləcək
05.06.2020
Dolların iyunun 8-nə olan məzənnəsi açıqlanıb
05.06.2020
Ünvanlı sosial yardımda hansı yeniliklər olacaq?
03.06.2020
Maska taxmayanların ödəyəcəyi cərimələr bura xərclənəcək
02.06.2020
İyun ayı üçün 190 manatla bağlı qərar verildi