Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6575

Digər sorğular

Almaniya Rusiyanın tərəfdaş statusunu ləğv edir

16:12  |    05 İyun 2016  |   E-mail  |  Çapa göndər


Almaniya 2006-cı ildən sonra ilk dəfə hökumətin milli təhlükəsizlik siyasətinin əsaslandığı “Ağ kitab”ı yeniləyəcək.

Qaziler.az APA-ya istinadən bildirir ki, “Die Welt” nəşrinin verdiyi məlumata görə, kitabda əsas dəyişikliklərdən biri Rusiyanın tərəfdaş statusunun dəyişdirilməsi, bu ölkənin Almaniyanın rəqibi qismində əksini tapması olacaq.

Almaniya Müdafiə Nazirliyinin hazırladığı 80 səhifəlik sənəddə qeyd edilib ki, Moskva öz maraqlarını güc vasitələri ilə həyata keçirməyə və özbaşına beynəlxalq hüquqla qorunan sərhədləri dəyişdirməyə çalışır. Buna görə də Rusiya “Soyuq Müharibə”dən sonra Avropada sülh və təhlükəsizlik üçün təhdidə çevrilib.

Sənəddə vurğulanıb ki, Rusiya kursunu dəyişməsə, gələcəkdə Avropada təhlükəsizlik üçün təhdid olaraq qalacaq.

Sənəddə ümumilikdə Almaniya üçün 10 təhdid sadalanıb. Bu sırada beynəlxalq terrorizm, radikal millətçilik, miqrasiya məsələsi və əhalinin sayının artması ilə bağlı epidemiya riski də yer alıb.

"Ağ kitab" yeni redaksiyada yay tətilinə qədər Nazirlər Kabinetinə təqdim edilməli və təsdiqlənməlidir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.11.2019
Süvari əsgər paradda atdan yıxıldı - VIDEO
22.11.2019
Bu ölkədə bahalı dərmanlar kreditlə satılacaq
22.11.2019
Ermənistanda yol qəzası: bir hərbçi ölüb, 4 nəfər yaralanıb
22.11.2019
ABŞ senatorundan ermənilərə şok: Qətnamə...
22.11.2019
ABŞ Dövlət Departamenti: “Türkiyənin bir seçimi var”