Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6944

Digər sorğular

Hindistanda sektantlarla polis arasında toqquşma

18:00  |    03 İyun 2016  |   E-mail  |  Çapa göndər

Hindistanın paytaxtından 150 kilometr şimalda yerləşən Matxura şəhərində kütləvi iğtişaşlar yaşanıb.

"Eurasia Diary" xarici mətbuata istinadən xəbər verir ki, sektantlarla polis arasında toqquşmalarda azı 21 nəfər həlak olub, yüzdən çox insan isə yaralanıb.


Uttar-Paradeş ştatının polis idarəsindən mətbuata verilən məlumata əsasən, insident “Caya-Gurudeva” sektasının nümayəndələrini qanunsuz zəbt etdikləri 100 hektaradək ərazini boşaltmaları üçün əraziyə cəlb edilən polis əməkdaşları arasında yaranıb. Kütləvi iğtişaşlar 3 saata yaxın davam edib.

Təhlükəsizlik qüvvələri əvvəlcə kütlənin təzyiqinin qarşısını elektroşokerlərlə almağa çalışsa da, iki polis əməkdaşının qətlindən sonra silaha əl atmalı olub.

Toqquşma nəticəsində, həmçinin 19 sektant öldürülüb. Sektanın 250-dən çox üzvünün həbs edildiyi bildirilir.

Yaralananlar arasında azı 20 polis əməkdaşı var.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.07.2020
Hücum cəhdinin qarşısı alındı, sərhəddə zərərsizləşdirildilər - Türkiyə Müdafiə Nazirliyi
05.07.2020
İş adamı koronavirusdan qorunmaq üçün özünə qızıl maska düzəltdirdi - VİDEO
05.07.2020
Krımı ilhaq edənləri bağışlamayacağıq - Zelenski
05.07.2020
Koronovirusun ikinci dalğası noyabr-dekabr aylarında başlanacaq? - EHTİMAL
05.07.2020
Türkiyə bizə meydan oxuyur - Afina