Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6564

Digər sorğular

​Rusiyanın Ehtiyat Fondunun aktivləri 12% azalıb

03:57  |    03 İyun 2016  |   E-mail  |  Çapa göndər


Rusiyanın Ehtiyat Fondunun aktivləri bu ilin may ayında 11,8% azalaraq 2,55 trln. rubla (38 mlrd. ABŞ dolları) enib.

Qaziler.az-ın məlumatına görə, "Report" Rusiya Maliyyə Nazirliyinin hesabatına istinadən xəbər verir ki, bu dövr ərzində ölkənin Milli Rifah Fondunun aktivləri 1,5% və ya 0,7 trln. rubl (1,05 mlrd. ABŞ dolları) artaraq 4,82 trln. rubla (72 mlrd. dollar) yüksəlib.
Rusiya maliyyə naziri Anton Siluanov bu il mayın 26-da çıxışında 2016-cı ildə hökümətin büdcə kəsirini örtmək üçün Ehtiyat Fondundan 2,1 trln. rubl (31,3 mlrd. dollar) vəsait götürəcəyini bildirib.
Xatırladaq ki, Rusiyanın yanvar-aprel ayları ərzində federal büdcəsinin kəsiri 1,23 trln. rubl (18.4 mlrd. ABŞ dolları) təşkil edib. 2016-cı il büdcəsində neft qiymətlərinin orta illik qiyməti 50 dollar/barel, büdcə kəsiri 2,36 trln. rubl (35,2 mlrd. ABŞ dolları) nəzərdə tutulub. Amma, ilk 4 ayda mövcud büdcə kəsiri diqqətə alındığında ilin yekununda 4 trln. rubl (60 mlrd. ABŞ dolları) büdcə kəsiri yarana biləcəyi proqnozlaşdırılır. Bu da büdcə layihəsində nəzərdə tutulduğundan 70% çoxdur. Neft qiymətləri hazırki 50 dollar/barel səviyyəsindən aşağı düşərsə Rusiya hökümətinin büdcəyə yenidən baxacağı istisna edilmir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.11.2019
İranda benzinin qiymətinin qaldırılması etirazla qarşılanıb
16.11.2019
Türkiyədə Əl-Bağdadinin 25 qohumu tutulub
16.11.2019
Qonşuda benzin bahalaşdı: Əhali ayağa qalxdı
16.11.2019
Bill Qeyts yenidən dünyanın ən varlı adamı oldu
15.11.2019
Ərinin ona xəyanət etdiyini oxuduğu romandan anladı: evdəki halı, əlinin tərləməsi...