Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6962

Digər sorğular

Türkiyənin siyasi partiyaları Bundestaqın qətnaməsini pisləyən birgə bəyanat qəbul ediblər

03:44  |    03 İyun 2016  |   E-mail  |  Çapa göndər


Türkiyənin iqtidar Ədalət və İnkişaf Partiyası, parlamentdə təmsil olunan müxalif Xalq-Cümhuriyyət Partiyası siyasi və Milliyyətçi Hərəkat Partiyası Almaniya Bundestaqının uydurma “erməni soyqırımı”nın tanıması ilə bağlı qətnaməsini pisləyən birgə bəyanat yayıblar.

Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, birgə bəyanatda deyilir: “Biz, Türkiyə xalqının nümayəndələri, Almaniya parlamentinin ermənilərin Osmanlı dövlətində 1915-ci ildə baş vermiş köçürülmə prosesi barədə əsassız iddialarına əsaslanan ədalətsiz qərarını qəbul etmirik və qəti pisləyirik. Bu qətnamə və hüquqi, nə də tarixi baxımdan əsaslandırılmayıb”.

Bəyanatda qətnamənin səhv olduğu və iki dövlət arasındakı dost əlaqələrə xələl gətirərək, Türkiyə-Almaniya münasibətlərinə təsirsiz qala bilməyəcəyi qeyd olunur.

Qeyd edək ki, kürdyönümlü Xalqların Demokratiyası Partiyası (HDP) üç partiya tərəfindən qəbul olunan bəyanatı imzalamaqdan imtina edib.

Xatırladaq ki, Almaniya Bundestaqı bu gün uydurma “erməni soyqırımı”nın tanınmasının nəzərdə tutan qətnamə layihəsini qəbul edib.

Türkiyə Almaniyadakı səfiri Hüseyn Avni Karslıoğlunu məsləhətləşmələr üçün geri çağırıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya parlamentinin qərarının Almaniya-Türkiyə əlaqələrinə ciddi şəkildə təsir edəcəyini bildirib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.07.2020
Azərbaycanlılar Paşinyanı canlı yayım açmağa peşman etdilər - VİDEO
16.07.2020
Koronavirus testinin nəticəsi necə olur ki, səhv çıxır? - Açıqlandı
16.07.2020
Dünyada koronavirusa yoluxanların sutkalıq STATİSTİKASI
15.07.2020
Bu gündən Türkiyə və Rusiya arasında uçuşlar bərpa olunur
15.07.2020
Türkiyə PUA-ları Ermənistanla sərhəddə uçuşlar həyata keçirir - FOTO