Dünyanın məşhur "Taxt oyunları" ("Game of Thrones") serialının beşinci mövsümünün rəsmi təqdimatı baş tutub.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Londonda baş tutan gecədə ekran işinin aktyorları və digər tanınmışlar iştirak ediblər. Aktyorlar yeni sezonda tamaşaçıların daha çox təəccüblənəcəyini deyiblər. Qonaqlar arasında Sofi Terner, Nikolay Koster-Valdau, Kit Harinqton, Qvendolin Kristi və başqaları olub.
Qeyd edək ki, G.G. Martinin kitabları əsasında çəkilən serialın yeni seriyaları 12 apreldən etibarən nümayiş olunacaq.
Sosial şəbəkələrdə paylaş
loading...
Bölməyə aid digər xəbərlər