Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6482

Digər sorğular

“Yumurta“ filminin yaradıcı heyəti media nümayəndələri ilə görüşüb

20:39  |    19 Mart 2015  |   E-mail  |  Çapa göndər

Ötən gün Nizami Kino Mərkəzində “Yumurta” filminin yaradıcı heyəti mətbuat konfransı keçirib.

Trend Region TV-yə istinadən xəbər verir ki, konfransda filmin rejissoru Ramil Adiloğlu, tanınmış aktyor Faiq Mirzə, filmin prodüseri İslam Ağa, icraçı prodüseri Pənah Eldaroğlu, mətbuat katibi İsmayıl Həsənov və media nümayəndələri iştirak ediblər.

Konfransda çıxış edənlər film haqqında məlumat veriblər. Diqqətə çatdırılıb ki, ekran işində 20-yə yaxın tanınmış aktyor, Azərbaycanın komediya ustaları rol alıb.

Ramil Adiloğlu rejissoru olduğu film və Azərbaycanda çəkilən yeni komediya filmləri haqqında bunları söyləyib: "Azərbaycan tamaşaçısının illərlə gözlədiyi filmi çəkmişik. Filmimiz fantastik-absurd komediya, macəra, utopiya janrında çəkilib. 1 saat 40 dəqiqəlik filmin yaş məhdudiyyəti yoxdur. Çünki filmdə qurşaqdan aşağı zarafatlar yoxdur, yeni çəkilən bir çox filmlərdən fərqli olaraq. Filmdə Nicat Rəhimov, Məcid Hüseynov, Fərda Xudaverdiyev, İlham Binəli, Elnur Hüseynov, Faiq Mirzə, Arif Quliyev, Bəhram Bağırzadə, Ramin Hacıyev, Ələsgər Məmmədoğlu, Teymur Məmmədov və digər aktyorlar çəkiliblər. Ümid edirik ki, filmimiz izləyicilər tərəfindən bəyəniləcək. Bizim filmimiz absurd komediyadır. Çünki filmdə keçmiş zamandan müasir dövrə düşmüş qəhrəmanın bu dövrə yanaşması absurdddur. Ümumilikdə absurd nədir söyləyim. Yeni çəkilən komediya filmlərimizə baxaq: 90 dəqiqəlik filmdə bu qədər birbaşa reklam olmaz, absurd olan budur. Qurşaqdan aşağı zarafatlarla insanları güldürməyə çalışmaq absurddur. Bu gün Azərbaycan kinosunun sifəti yoxdur, Azərbaycan kinosu sifətsizdir. Tutaq ki, Fransız ya da İran filminə səssiz də baxsan, bilmək olur ki, bu Fransız filmidir, İran filmidir, amma bizim filmlər haqda bunu demək çətindir. Təbii ki, uğurlu filmlərimiz var, amma daha da inkişaf etməlidir kinosənayemiz. Bu filmlə Azərbaycan kinosuna yenilik, fərqlilik gətirmək, kinomuzun inkişafına töhvə vermək istəyirik”.

Filmdə rol alan aktyor Faiq Mirzə: “Komediya oynamaq çox çətindir. Məni daha çox “Qanlı Yanvar” filmindəki dramatik obrazımla tanıyanlar, bu filmdəki obrazıma, yaxşı mənada, çox təəccüblənəcəklər. Bu da bir aktyor üçün çox dəyərlidir”.

Filmin prodüseri İslam Ağa filmi ərsəyə gətirərkən yaşadıqları çətinliklərdən danışıb: “20-yə yaxın tanınmış aktyor heyətini bir araya gətirİb işləmək çətin idi, zülüm idi, amma bunu bacarmaq bizim uğurumuzdur hardasa. Bütün aktyor heyətinə təşəkkür edirik. Reklam məsələsində də yenilik var filmimizdə. Filmdə birbaşa reklam yoxdur, gizli reklamlara yer vermişik. Bunu, filmimizə reklam verən şirkətlərə anlatmaq bir az çətin oldu. Amma biz onları inandırdıq ki, bu cür reklam daha təsirlidir”.

Filmin mətbuat katibi İsmayıl Həsənov: “Bizdə çəkilən filmlərin yaradıcı heyətləri qala gecəsindən sonra mətbuatın qarşısına çıxırlar. Amma biz bu məsələdə də öz fərqimizi ortaya qoyduq, qala gecəsindən öncə mətbuatla görüşüb öz vədlərimizi, məqsədimizi anlatmaq istədik. Bu görüşləri mütəmadi olaraq keçirməyi də düşünürük. Qala gecəsindən sonra, film kinotetrlarda göstərildikdən sonra da media ilə görüşüb fikir mübadiləsi aparmaq bizim üçün çox önəmlidir. Hər cür tənqidə də tolerant yanaşırıq. Bizi daha çox tənqid edin ki, daha uğurlu işlərlə qarşınıza çıxaq”.

Filmin süjet xətti isə belədir: İndiki zamanda arxeoloq Tapdıq (Fərda Xudaverdiyev) arxeoloji qazıntılar zamanı qəribə bir yumurta tapır və bu yumurtanın milyon yaşı olduğunu iddia edir. Bu nə qədər uydurma səslənsə də onun söylədikləri həqiqətən də mövcud milyon il əvvəlki paraleldə bir gerçəkdir. Tapdığın dediyi kimi tayfa başçısı öz oğlu Duduya ona babalarından miras qalmış müqəddəs yumurtaları həvalə edərkən onların qorunmasını tapşırır və bu yumurtalar sınacağı halda böyük bir fəlakətin baş verəcəyini söyləyir. Amma təsadüfən yumurtalardan biri Dudunun əlindən düşüb sınır və bununla da Dudu indiki dövrə düşür. Müasir dövrə düşən Dudu bütün gücünü salamat qalmış (arxeoloqun tapdığı) yumurtanın axtarışına həsr edir. Bu işdə isə ona təzəcə dostlaşdığı dələduz jurnalist Maqsud kömək edir. Ancaq nəticələr heç də gözləndiyi kimi olmur.

Qeyd edək ki, “Yumurta” filminin qala gecəsi 1 aprel saat 19:00-da Nizami Kino Mərkəzində baş tutacaq.

Film Region TV-nin dəstəyi ilə ərsəyə gətirilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.09.2019
Xalq artisti Arif Babayev Türkiyədə xəstəxanaya yerləşdirilib
19.09.2019
Türkiyə kanalı Üzeyir Hacıbəyli haqqında film çəkdi - VİDEO
18.09.2019
Stalinə mahnı oxutduran, Mircəfərə tabut daşıtdıran azərbaycanlı dahi – HƏYAT HEKAYƏTİ
18.09.2019
Şuşalı Üzeyir bəyin Ağcabədidə doğulmasının MARAQLI TARİXÇƏSİ
18.09.2019
Bu gün Milli Musiqi Günüdür